Proqram təminatına dəstək mütəxəssisi

  • AZ Smart LLC
  • Elanın qoyulma tarixi: 14.01.2025
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Müştəri və tərəfdaş sorğularının Service Management sistemində qəbulu və idarə olunması üzrə bilik və təcrübə;
  • İnsidentlərin araşdırılması, müvafiq informasiyanın toplanması və məsul şəxslərin məlumatlandırılması;
  • Şöbə daxili müvafiq tapşırıqların analiz olunması, yönləndirilməsi və icra edilməsi;
  • Nəzarət-Kassa Aparatları və POS-terminallarda proqram təminatlarının iş prinsipini dərindən mənimsəmək;
  • Keyfiyyəti təmin edən göstəriciləri müşaiyyət etmək;
  • Funksional (manual) testlərin aparılması;
  • Müvafiq sorğular üzrə hesabatların hazırlanması;

Tələb olunan bilik və bacarıqlar: 

  • Ali təhsil;
  • Müvafiq sahədə 1 il iş təcrübəsi;
  • Şikayətlərə baxılması sahəsində təcrübəyə və müştəriyə yönəlmiş yanaşmaya sahib olmaq;
  • Texniki bilik və bacarıqların olması (OS: Windows\Android,Troubleshooting);
  • Biznes prosesinin dərindən mənimsənməsi qabiliyyətləri;
  • Müvafiq texniki sənədlərin tərtibi;
  • Fəaliyyət istiqamətinə aid məlumatları əldə etmək bacarığı;
  • Jira, Service Management, Confluence, Postman və bu  kimi alətlərlə işləmək bacarığı;
  • Analitik düşünmə və problem həll etmə bacarığı;
  • Komanda ilə işləmək bacarığı;
  • Davamlı öyrənmə və inkişafa yönümlülük;
  • Xarici dil səviyyəsi: İngilis və Rus dili– B1.

Əlavə məlumatlar:

  • İş qrafiki: 5 günlük iş həftəsi
  • İş vaxtı: 09:00 – 18:00 

Maraqlananlar CV-lərini  Proqram təminatına dəstək mütəxəssisi başlığı altında elektron poçt ünvanına göndərə bilərlər.