Daxili auditor

  • Unicapital
  • Elanın qoyulma tarixi: 07.01.2025
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • investisiya şirkətinin audit komitəsi tərəfindən təsdiq edilmiş audit planına uyğun olaraq fəaliyyətinin və daxili nəzarət mexanizmlərinin qiymətləndirilməsini həyata keçirmək;
  • audit planına uyğun olaraq həyata keçirilmiş yoxlama üzrə tövsiyələr vermək;
  • verilən tövsiyələrin icrasına nəzarəti təmin etmək;
  • auditin nəticələrinə dair hesabatlar hazırlamaq;
  • daxili audit üzrə hesabatları müvafiq idarəetmə orqanlarına təqdim etmək;
  • Cəmiyyətin bütün fəaliyyət sahələri (kənar xidmətdən istifadə edilməklə icra edilən fəaliyyətlər daxil olmaqla) üzrə audit funksiyasını həyata keçirmək;
  • Daxili audit fəaliyyətini qanunvericiliyə, daxili audit xidmətinin əsasnaməsinə, Daxili Auditorlar İnstitutu tərəfindən müəyyən edilmiş peşə standartlarına, prinsiplərə, təlimatlara, qaydalara uyğun təşkil etmək;
  • daxili audit xidmətinin illik audit planının layihəsini hazırlamaq;
  • şirkətdaxili təşəbbüslər və layihələr, təkmilləşmələr, xidmətlər və əməliyyat dəyişiklikləri barədə məlumatları mütəmadi təhlil etmək;
  • daxili audit yoxlamasının nəticələrinə əsasən daxili audit hesabatı hazırlamaq. 
  • audit hesabatı ilə bağlı icra orqanı tərəfindən görülən tədbirlərin nəticələrini izləmək və ildə azı 2 (iki) dəfə tövsiyələrin icra vəziyyəti barədə Audit Komitəsinə və Müşahidə Şurasına hesabat vermək;

Aşağıdakılar üzrə qiymətləndirmələr aparmaq:

  • daxili nəzarət və risklərin idarə edilməsi sistemlərinin effektivliyi və səmərəliliyi;
  • risklərin idarəedilməsi funksiyası üzrə resursların (məsələn, əməkdaşlar, proqram təminatı və s.) keyfiyyəti və adekvatlığı;
  • daxili və xarici hesabatlılıq üzrə istifadə olunan məlumatların uyğunluğu, dəqiqliyi, tamlığı, əlçatanlığı, məxfiliyi və hərtərəfliliyi;
  • investisiya şirkətinin fəaliyyətinin qanunvericiliyə və investisiya şirkətinin daxili qaydalarına uyğunluğu;
  • aktivlərin qorunması və təhlükəsizliyi;
  • investisiya şirkətinin İT, kiber və informasiya təhlükəsizliyi sahələrinin effektivliyi və səmərəliliyi.

Tələblər:

  • Ali iqtisadi və ya hüquqi təhsilə malik olaraq audit fəaliyyəti üzrə 1 il iş təcrübəsinə malik olmaq. 
  • Texniki bilik və təcrübə tələb edən sahələr üzrə (məs. İT, ödəniş xidmətləri, modelləşmə və s.) təcrübəyə malik olmaq.