İşin təsviri
                
                
                                
                Namizəddə tələblər:
	- Tam ali iqtisadi təhsil (mühasibatlıq və ya maliyyə ixtisası üzrə, magistr dərəcəsi olması arzuolunandır);
 
	- Müvafiq sahədə minimum 3 - il iş təcrübəsi
 
	- Yaş həddi : 25 -50
 
	- 1C, BTP proqramında işləmək
 
	- Riyazi və məntiqi bacarıqlar
 
	- Mühasibat uçotu və vergi uçotu ilə bağlı nəzəri və praktiki bilik
 
	- Vergi Məcəlləsini bilməli
 
	- Mühasibatlığla bağlı yerli qanunvericiliyi bilməli
 
	- Rəsmi hesabatların hazırlanması və təqdim olunması proseduralarını bilməli
 
	- Komandada işləmək bacarığı;
 
	- Dəqiq və məsuliyyətli;
 
	- Yüksək analitik düşünmə qabiliyyəti;
 
İş şəraiti:
	- İş yeri: Sədərək T/M
 
	- Əmək haqqı: Razılaşma yolu ilə (bilik və bacarıqlara uyğun)
 
	- İş Qrafiki: 6 günlük iş həftəsi
 
	- Iş rejimi: 09:00 – 18:00
 
	- İstirahət günü: 1 gün
 
İş barədə məlumat
	- Ödəniş tapşırıqları və internet banking vasitəsi ilə ödənişlərin edilməsi;
 
	- ƏDV depozit hesabı vasitəsilə ödənişlərin edilməsi;
 
	- Kassa, Bank əməliyyatlarının həyata keçirilməsi, qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi;
 
	- Hesab fakturalar, aktlar, müqavilə, protokol və sair kargüzarlıq sənədlərinin hazırlanması;
 
	- Aylıq kreditor və debitor haqqında hesabatların hazırlanması;
 
	- 1C 8.3 proqram təminatında alışlar, satışlar, bank və kassa modullarında işləmək;
 
	- 1C proqramı yüksək səviyyədə bilmək;
 
	- Şirkətin maliyyə vəziyyəti barədə daima məlumatlı olmaq və problemlərin qarşısını almaq üçün fəaliyyət göstərmək;
 
	- Müəssisənin aktiv və passivlərinin, o cümlədən debitor və kreditor borcların, nağd vəsaitlərinin, mal qalığının, vergi öhdəliklərinin, gəlir və xərclərinin və s. uçotunun həyata keçirilməsi;
 
	- ƏDV, Mənfəət, Vahid bəyannamələrinin və Statistika hesabatların hazırlanması, aidiyyatı orqanlara göndərilməsi;
 
	- Müəssisənin vergi risklərini hesablamaq və rəhbərliyə bu barədə hesabatları zamanında təqdim etmək;
 
	- Rəhbərliyin işlə bağlı verdiyi bütün tapşırıqları vaxtında və dəqiq olmaqla həll etmək;
 
	- Hesabatların düzgün şəkildə verilməsi.
 
Qeyd olunan tələblərə uyğun namizədlər CV-lərini elektron poçt ünvanına “Aparıcı mühasib” qeyd etməklə göndərə bilərlər. Yalnız uyğun namizədlərlə əlaqə saxlanılacaq.