Tesoro


Tesoro MMC divar kağızı satışı üzrə ixtisaslaşmış və 2013-cü ildən günümüzə qədər fəaliyyət yolu keçmiş şirkətdir. Əsası Rüfət Hüseynov tərəfindən qoyulmuşdur. Əsas mərkəzi, Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi Sədərək ticarət mərkəzində mövcud olan şirkət yerli bazarda divar kağızlarının topdan və pərakəndə satışını həyata keçirir. Tesoro şirkəti keyfiyyəti əsas götürərək Çin, Rusiya, Türkiyə və Ukraynada fəaliyyət göstərən Yien, Arteks, Elizium, DuKa, Artena kimi divar kağızları istehsal edən böyük şirkətlərlə əməkdaşlıq edir. Şirkətimiz Azərbaycanın bütün bölgələrində divar kağızlarının topdan və pərakəndə satışını təmin etmək üçün addımlar atır və günü-gündən partnyor mağazalar şəbəkəsini genişləndirir.
Bazarın inkişaf tempi istiqamətində irəliləmək və bazarı keyfiyyətli məhsul ilə təmin etmək əsas vəzifəmiz olaraq təyin edilib. Divar kağızı istehsalçılarının güvənli tərəfdaşı olmaqla yanaşı, onlara kreativ ideyalar, yeni dizaynlar, yeni konseptlərin hazırlanmasında öz töhvəmizi veririk.Daima istehlakçılara yaxın mövqe tutmaqla, yaranan bütün problemlərdə onlara dəstək olmaq şirkətimizin əsas vəzifələrindən biridir. Satış üzrə professional işçi heyəti Azərbaycan daxilində bizimlə partnyor olan bütün mağazalara hər zaman dəstək verməkdədir.
Biz ən yaxşı xammallardan hazırlanan keyfiyyətli məhsullarımız, yüksək səviyyədə xidmətimizlə Sizin divar kağızı sahəsində güvənli tərəfdaşınızıq!

Rəy yoxdur. Bəlkə bu şirkət haqda elə birinci rəyi sən yazasan?