Müvafiq daxili prosedur və standartların, maliyyə-uçot siyasətinin qanunvericiliyə uyğun olaraq qurulmasında və qiymətləndirilməsində (nəzarətində) iştirak etmək;
Xəzinə, təsərrüfat və bank hesabları üzrə əməliyyatların, əsas vəsaitlərin və öhdəliklərin, qeyri-maddi aktivlərin, az dəyərli əşyaların, material ehtiyatlarının və hesab-fakturaların uçotunu aparmaq;
Bütün əsas vəsaitlərin düzgün qeydiyyatı və izlənməsini təmin etmək;
Əsas vəsaitlərin alınması, amortizasiyası və ləğv edilməsinin qeydlərini aparmaq;
Əsas vəsaitlərlə bağlı daxili və xarici audit proseslərini dəstəkləmək üçün sənədlər hazırlamaq;
Mühasibat uçotu standartları və qaydalarına əsaslanaraq maliyyə hesabatlarının hazırlanmasında iştirak etmək.
Namizədə tələblər
Ali iqtisadi təhsil (maliyyə, mühasibat uçotu, audit və s.);
Müvafiq sahədə 3 il iş təcrübəsi;
Analitik düşüncə və müxtəlif hesabatları təhlil etmə bacarığı;
Dəqiq planlaşdırma və nəzarət bacarığı;
İşə yaradıcı yanaşmaq, yeni ideyaları yaratmaq və yeni ideyaları stimullaşdırmaq bacarığı.