HoReCa üzrə satış mütəxəssisi

  • Az - Granata LLC
  • Elanın qoyulma tarixi: 28.12.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Öhdəliklər:

  • Şirkət məhsularının satışının təşkil edilməsi;
  • Ərazisində olan müştərilərin məhsul ehtiyacının müəyyənləşdirilməsi;
  • Ehtiyac müəyyənləşdikdən sonra məhsulun həmin müştərilər üzrə yerləşməsinə nəzarətin edilməsi;
  • Müştərilərə məhsulun keyfiyyəti, tərkibi və digər xüsusiyyətləri barədə məlumatın verilməsi;
  • Debitor borcların ödənilməsinə vaxtında nəzarət;
  • Müştərilərlə daim əlaqədə olması, onların ehtiyac və tələblərinin analiz edilməsi;
  • Görülən işlərin hesabatını birbaşa rəhbərinə təqdim edilməsi.

Namizədə tələblər:

  • HoReCa üzrə satış təcrübəsi (şirə və alkoqollu işçiləri sahəsində iş təcrübəsi üstünlükdür);
  • Şəxsi avtomobilə malik olmağı (yanacaq və amortizasiya xərci şirkət tərəfindən ödəniləcəkdir);
  • Ali təhsilin olması üstünlükdür;
  • Səlis nitq qabiliyyəti;
  • Fikirlərini aydın şəkildə ifadə etmək bacarığı;
  • Ünsiyyətcil olması;
  • İnandırma qabiliyyəti;
  • Komanda ilə işləmə bacarığı;
  • Satış qabiliyyətinə malik olma.

İş şəraiti:

  • 5 günlük iş qrafiki (şənbə və bazar günləri istirahətdir); 
  • Əmək haqqı: fiks 600 AZN + aylıq satışa görə bonus (1000+ Azn) təklif olunur.

Vakansiya ilə maraqlanan şəxslər CV-ni mövzu yerində "HoReCa üzrə Satış Təmsilçisi" yazmaqla elektron poçt ünvanına göndərə bilərlər. Əks halda müraciətiniz nəzərdən qaça bilər.

İşəgötürənin reytinqi