Aparıcı Mühasib

  • ABSP Company
  • Elanın qoyulma tarixi: 26.12.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əsas vəzifə və öhdəliklər:

  • Şirkət tərəfindən həyata keçirilən bütün maliyyə-təsərrüfat əməliyyatlarının vergi uçotunda düzgün əks etdirilməsi;
  • İlkin sənədlərin vergi uçotuna əsasən tərtib edilməsinə nəzarət etmək;
  • Vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirmək;
  • Kameral uyğunsuzluqların yoxlanılması və uyğunsuzluqlara cavabların yazılması;
  • Vergi orqanları ilə görüşlərdə iştirak etmək və yazışmalar həyata keçirmək;
  • Vergi tutma məqsədləri üçün gəlir və xərclərin uçotunu aparmaq.

Tələblər:

  • Ali təhsil (Maliyyə, iqtisadiyyat, mühasibat uçotu sahəsində olması mütləqdir);
  • Azərbaycan Respublikası Vergi Məcəlləsini yüksək səviyyədə bilməli;
  • Mühasibat Uçotu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən Mühasibat Uçotunun təşkili və aparılması o cümlədən milli və Beynəlxalq Mühasibat Uçotu Standartlarını, həmçinin Maliyyə Hesabatlarının hazırlanması və təqdim edilməsi qaydalarını bilməli;
  • MS office (xüsusilə excel) proqramlarında sərbəst işləməyi bilməli; 
  • 1 C 8.3 proqramında işləməyi bilməli;
  • Dəqiqlik, diqqətlilik, planlama və təşkilatçılıq qabiliyyəti;
  • Komanda ilə işləmə bacarığı.

CV-lərinizi “Aparıcı Mühasib” başlığı ilə poçt ünvanına göndərməyiniz xahiş olunur.