Satınalma və təchizat şöbəsinin müdiri

  • Aqrarco MMC
  • Elanın qoyulma tarixi: 16.12.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Təsvir

  • Satınalma fəaliyyətinin ümumi müəssisə fəaliyyəti cədvəlinə, büdcəyə, keyfiyyətə və tamlığa uyğun olmasını təmin etmək üçün satınalma prosesləri və departamentlərarası koordinasiyanın həyata keçirilməsi və nəzarət edilməsi;
  • Potensial satınalma gecikmələrinin qarşısının alınması, müəssisənin fəaliyyət cədvəlinə təsirinin azaldılmasına görə vaxtında tədbirlərin görülməsi;
  • Keyfiyyət və büdcəyə təsir göstərən satınalma risklərinin idarə edilməsi və zəruri hallarda lazımi düzəliş tədbirlərinin təklif edilməsi;
  • Satınalma icra planının hazırlanması və yenilənməsi;
  • İddiaçılar siyahısının hazırlanması və təqdim edilməsi (vendor list);
  • Müəssisə rəhbərliyinə hesabatların hazırlanması;
  • Satınalma prosedurlarının və bütün satınalma zənciri zamanı istifadə ediləcək hər hansı sənəd formalarının tərtibi və təqdim olunması;
  • Tam satınalma fəaliyyətinə nəzarət, koordinasiya və planlaşdırmanın aparılması;
  • İddiaçı şirkətlərin satın alınacaq material və xidmətlərə görə müxtəlif kateqoriyalara ayrılması;
  • Satınalma fəaliyyətinin satınalma prosedurlarına, qaydalarına və təlimatlarına uyğun həyata keçirilməsinin təmin edilməsi.

Tələblər

  •  Ali iqtisadi təhsil;
  • Sahə üzrə minimum 5 il iş təcrübəsi;
  •  Azərbaycan, rus, ingilis dillərində mükəmməl ünsiyyət və yazı bacarığı;
  • Microsoft Office, 1C proqramlarını peşəkar istifadə bacarığı;
  • Yüksək səviyyədə ünsiyyət, liderlik və qərarvermə bacarığı;
  • CİPS sertifikatı olan namizədlərə üstünlük veriləcək.

Vakansiya haqqında

  • Son tarix yanvar 25, 2025
  • Paylaşılıb dekabr 16, 2024
  • Vakansiya növü Tam ştat