İşin təsviri
Şəhər : Bakı
Yaş : 22 - 35 yaş
Təhsil : Ali
İş təcrübəsi 1 ildən 3 ilə qədər
Son müraciət tarixi : Yanvar 12, 2025
Əlaqədar şəxs : Lalə Musayeva.
İş barədə məlumat:
- Ödəniş tapşırıqları və internet banking vasitəsi ilə ödənişlərin edilməsi
- ƏDV depozit hesabı vasitəsilə ödənişlərin edilməsi.
- Kassa, Bank əməliyyatlarının həyata keçirilməsi, qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi.
- Hesab fakturalar, aktlar, müqavilə, protocol və sair kargüzarlıq sənədlərinin hazırlanması.
- Aylıq kreditor və debitor haqqında hesabatların hazırlanması.
- Bank və kassa əməliyyatları
- Əmək haqqı, məzuniyyət, xəstəlik vərəqəsi və ezamiyyənin hazırlanması
- Vergi orqanları ilə yazışmalar
- DSMF, ÖMV, Sadələşmiş, Əmlak, Torpaq və ƏDV vergi bəyannamələrinin vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq hazırlanması və vaxtında aidiyyatı quruma göndərilməsi, eyni zamanda Gəlir və Mənfəət vergi bəyannamələrin hazırlanmasına baş mühasibin tapşırıqları əsasında dəstək olmaq.
- E - Qaimə fakturalarının yazılması
- İş vaxtı 1-5ci günlər 10:00-dan - 18:00-dək
- Əmək haqqı 500 - 800 AZN
- Ünvan: Baki şəhəri, Əhməd Rəcəbli küçəsi 1A
Namizədə tələblər:
- Xanım mühasiblər
- Məsuliyyətlilik
- Operativlik, dəqiqlik və yüksək icraçılıq bacarığı
- Ali təhsilli
- Word, Excel, 1C 8.3 proqramlarını bilməli.
- New.e-taxes.gov.az, emas.sosial.gov.az və digər dövlət orqanlarının saytlarında işləməyi bacarmalı.
Uyğun namizədlərin CV-lərini qeyd edilmiş elektron poçt ünvanına göndərmələri xahiş olunur.