İşin təsviri
Tələblər:
- Bütün növ dijital platformalarda işləmə bacarığı (Facebook, Instagram, YouTube və s.);
- Microsoft Office (Excel, Word, PowerPoint)
- Video materialların postproduksiyası, foto və video redaktorlarında montaj;
- Adobe (Photoshop, Lightroom, Premiere Pro və s.)
- Sosial media hesabları və platformalarını idarə etmək və aktivliyi artırmaq üçün mütəmadi paylaşımlar etmək (Facebook, Instagram, Youtube və s.);
- Sosial şəbəkələr üzərindən gündəlik yazılan mesaj və şərhlərə cavab vermək;
- Sosial şəbəkələr üçün reels, postlar və promo videolar daxil olmaqla video, foto kontentin yaradılması, planının hazırlanması və həyata keçirilməsi;
- Pasiyentlərin əməliyyat öncəsi, sonrası foto və videolarının çəkilməsi onlara uyğun olaraq story və postların hazırlanması;
- Azərbaycan dilini səlist bilməli, İngilis dilini yaxşı, Rus dilini normal bilməli;
- Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi olmalı;
- Ali təhsil (Mütləqdir);
- Yaş həddi: 23-35;
- Xanım namizədlər.
Vəzifələr:
- Sosial mediada hesablarının idarə edilməsi, story və postların hazırlanması, paylaşılması;
- Pasiyentlər üçün çöl və klinika daxili çəkilişlərinin planlanması və həyata keçirilməsi;
- Plan üzrə mövzu mətnini (kontenti) hazırlamaq;
- Trendlərin, rəqiblərin analiz araşdırmalarının aparılması.
İş şəraiti:
- İş qrafiki: 6 günlük və müvafiq iş saatı həcmi.
- İş yeri: Özəl Klinikada həkimin komandasında fərdi işləmək üçün.
Əmək haqqı: Müsahibə əsnasında namizədin bilik və bacarığına uyğun olaraq müəyyən edilir.
Müraciət etmək istəyən namizədlər CV-lərini elektron poçt ünvanına mövzu hissəsində “SMM Mütəxəssis” qeyd edərək göndərə bilərlər.