Daxili audit strategiyası, audit metodologiyası və digər normativ sənədlərin, risk əsaslı audit proqramının hazırlanmasında iştirak etmək;
Daxili nəzarət, idarəetmə vəa risklərin idarə olunması sistemlərinin adekvatlılığının qiymətləndirilməsi məqsədi ilə audit prosedurlarını həyata keçirmək;
Daxili audit fəaliyyətini həyata keçirərkən Azərbaycan Respublikasının qanunvericiliyinə, daxili audit idarəsinin Əsasnaməsinə, Azərbaycan Respublikasının üzv olduğu Daxili Auditorlar İnstitutu (DAİ) tərəfindən müəyyən edilmiş peşə standartlarına, prinsiplərə, təlimatlara, qaydalara, habelə Daxili Audit Metodologiyasından irəli gələn tələblərə əməl etmək;
Xərc normativlərinin hazırlanması
Xərclər ilə bağlı hesabatların tərtib edilməsi, düzgünlüyünün nəzarət edilməsi və müəyyən edilmiş normativlərə uyğunluğunun təmin edilməsi
Xərclərin optimallaşdırılması ilə bağlı təkliflərin hazırlanması
Faktiki xərclərin büdcə ilə müqayisəsi və aradakı fərqlərin təhlili
Mühasibat uçotu yoxlamalarının aparılmasının, maliyyə hesabatlarının düzgünlüyünün və etibarlılığının “Qanunvericilikyə” uyğun olaraq yoxlanılması və təhlili;
Daxili audit yoxlaması üçün təqdim olunan sənədlərin qorunmasını təmin etmək və audit sübutlarını sənədləşdirmək.
Şirkətin daxili nəzarət mühitinin inkişafına dair təkliflər irəli sürmək;
Risklərin idarəedilməsi strategiyası və siyasətinə riayət edilməsinin auditini aparmaq;
Rəhbərlik tərəfindən göstəriş verilən digər audit, mühasibat və maliyyə tapşırıqlarının yerinə yetirilməsi
Vakansiya üzrə tələblər:
Ali təhsil;
Big 4 audit şirkətlərində və ya müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;
Yüksək analitik təhlil, ünsiyyət və kollektivdə işləmək bacarığı;
Ofis proqramları (MS Word, Excel, PowerPoint, Outlook) ilə sərbəst işləmək bacarığı;
Dil bilikləri - azərbaycan dili-əla; ingilis dili-yaxşı;
Mühasibatlıq, Daxili Audit, Risklərin idarə edilməsi üzrə peşə (ACCA, CIA, CISA, COSO, CPA, CFSA , CIMA və s.) sertifikatlarının olması üstünlükdür.
Şərtlər:
İşçi Azərbaycan Respublikasının qanunvericiliynə əsasən işə götürülür;
ƏH – 1700 AZN Net, mukafat/bonuslar nəzərdə tutulub.
AZBA Audit and Business Services LTD” MMC tərəfindən digər vakansiyalar