Personal Assistent

  • Mətanət A
  • Elanın qoyulma tarixi: 22.07.2014
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Personal Assistent

Vəzifələr:

1. Rəhbərlik ilə  şöbələr arasında informasiya mübadiləsinin səmərəli təşkilini təmin etmək;
2. Təşkilatın koorporativ idarəetmə prinsiplərinin tətbiqinin təmin edilməsində yaxından iştirak etmək, bununla bağlı digər aidiyyatı orqanlarla informasiya mübadiləsi etmək, təsdiq olunmuş qaydalara əməl olunmasına səmərəli şəkildə nəzarət etmək məqsədilə öz səlahiyyətləri daxilində tədbirlər həyata keçirmək;
3. Sənədlərin qaydalara uyğun tərtib edilməsi, qeydiyyata alınması, dövriyyəsi və arxivləşdirilməsini təmin etmək;
4. Ümumi icra tapşırıqlarına nəzarət və monitorinq;
5. Administrativ tapşırıqların icra olunması və ya koordinasiyası;
6. Kənar təşkilatlardan daxil olan müraciətləri və ya məktubları dəyərləndirmək və ya cavablandımaq;
7. Rəhbərliyin tapşırığı ilə bir sıra menecer və top menecer vakansiyalar üzrə işəqəbul prosesinin həyata keçirilməsini təmin etmək.

Tələblər:

1. Ali təhsil (Magistr dərəcəsi olanlara üstünlük verilir);
2. Müvafiq vəzifədə  və ya HR sahəsində iş təcrübəsi- minimum 1 il;
3. İstənilən növ treyninq, seminarlarda iştirak təcrübəsi arzuolunandır;
4. MS Office (Excel -əla) bilməlidir;
5. Riyazi - məntiqi qabiliyyəti yüksək olmalıdır;
6. Yaş həddi 25-35-dək;
7. Azərbaycan və Rus dillərini mükəmməl bilməli (İngilis dilini bilənlərə üstünlük verilir);
8. Xanım namizədlərə üstünlük verilir;
9. Komandada işləmək, ünsiyyət yaratmaq və fikrini sərbəst ifadə etmək bacarığı;
10. İşgüzar üslub, nizam- intizam, səlis danışıq və uğurlu təqdimetmə bacarığı;
11. Fəal olması və işə planlı yanaşması.

Əmək haqqı: 600-800 AZN

İş qrafiki: Həftəiçi, 09:00-18:30-dək.

İstirahət günləri: Şənbə və Bazar.

Uğurlu karyera qurmaq və peşəkarlarla işləmək şansı əldə etmək istəyən və bu vakansiyaya maraq göstərən şəxslərdən öz tərcümeyi-hallarını (CV) "mövzu" yerinə "Personal assistent" sözünü qeyd etməklə [email protected]   elektron poçtuna göndərməkləri xahiş olunur.