Müəssisənin aylıq, rüblük, illik maliyyə və idarəetmə hesabatlarının hazırlanması işinin təşkili;
Mühasibat uçotunun beynəlxalq standartlara və yerli qanunvericiliyə uyğun olaraq təşkil olunmasına nəzarət;
Müəssisədə büdcə və hesabatlılıq, vergi, xəzinədarlıq, xərclərə nəzarət, layihələrin idarə olunması kimi funksiyalara nəzarət və onların optimallaşdırılması;
Müəssisənin aktivlərinin qorunması məqsədilə daxili prosedurların icrasına nəzarət etmək və onları optimallaşdırılması;
Müəssisədə effektivliyin artırılması məqsədilə əməliyyatların avtomatlaşdırılmasına dair tədbirləri həyata keçirilməsi;
Müəssisənin maliyyə göstəricilərinin analizi məqsədilə KPİ sisteminin formalaşdırılması;
Rəhbərlik tərəfindən verilən aidiyyəti üzrə digər tapşırıqların yerinə yetirilməsi.
Tələblər:
Maliyyə, mühasibatlıq və əlaqəli sahələr üzrə ali təhsil
Maliyyə sahəsində 5 il iş təcrübəsi
ERP proqramları ilə işləmə bacarığı (1C)
MS office proqramları ilə işləmə bacarığı (xüsusilə yüksək səviyyədə Excel bilikləri)
Kənd təsərrüfatı və istehsal sahələrdə iş təcrübəsi üstünlükdür.
PMS sertifikatın olması vacibdir.
Dil bilikləri: Azərbaycan və Rus dili (İngilis dili arzuolunandır)
İş şərtləri:
6 günlük iş qrafiki
Qidalanma şirkət tərəfindən qarşılanır
Zərurət olduqda şimal regionda yerləşən layihələrə ezamiyyət