İşin təsviri
Əsas vəzifə öhdəlikləri:
- Kreditor borclarının uçotunun aparılması və gündəlik nəzarəti;
- Kreditorlardan daxil olan sənədlərin yoxlanılması;
- Gömrük bəyənnamələrinin mühasibatlıq proqramına işlənilməsi;
- İlkin sənədlərin mühasibatlıq proqramına daxil edilməsi;
- Kreditorlarla üzləşmə aktlarının aparılması;
- Mühasibat proqramında mühabilləşmələrin yoxlanılması;
- Tələb olunan mühasibatlıq hesabatlarının hazırlanması və rəhbərliyə təqdim olunması
Tələblər:
- Ali təhsil (Mühasibatlıq, Maliyyə və ya İqtisadiyyat sahəsində)
- Kənd təsərrüfatı və istehsalat sahəsində təcrübə
- Minimum 3 il kreditor üzrə mühasib vəzifəsində iş təcrübəsi
- Vergi və mühasibat uçotu sahəsində biliklər
- 1C proqramında işləmə bacarığı
- MS Office proqramlarında sərbəst işləmək bacarığı
- Müvafiq sertifikatların (ACCA F3, F7) mövcudluğu
- Analitik düşüncə və detallara diqqət
- Komanda ilə işləmə bacarığı və məsuliyyətlilik
İş şəraiti:
- Əmək haqqı: Namizədin bilik və bacarıqlarına əsasən müəyyən olunacaqdır.
- Nahar şirkət tərəfindən təmin olunur
- İş qrafiki: 5 günlük
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.