Amoris


Azərbaycanda bağçılıq və meyvəçilik sahəsində peşəkarlığı ilə tanınan “Amoris” MMC şirkəti olaraq, ölkəmizin səfalı guşələrində rəngarəng çeşiddə meyvə-tərəvəz məhsullarının yetişdirilməsi və topdansatışı ilə məşğul oluruq. Biz ən keyfiyyətli məhsulları insanlara çatdırmağı əsas məqsədimiz olaraq müəyyən etmişik.

Çoxillik təcrübəmizin bizə qazandırdığı peşəkarlıq sayəsində ekoloji cəhətdən təmiz regionlarda təbiətdən gələn məhsulları yüksək həssaslıqla yetişdiririk.

İşimizin bütün mərhələlərinin yüksək səviyyədə həyata keçirilməsindən əminik. Çünki, ilk toxumların atılmasından məhsulun istehlakçıya təhvil verilməsinə qədər izlənən bütün prosesləri özümüz idarə edir,keyfiyyəti daima nəzarətdə saxlayırıq.

Məhsullarımızı “BİS” markası adı altında müştərilərimizə təqdim edirik və bu adın qazandığı etibarı hər keçən il daha da möhkəmləndirməyə çalışırıq.

Biz bu sahədə unikallığımızı hər zaman qorumağa çalışırıq. Etibarımız təkcə müştərilər deyil, əməkdaşlıq etdiyimiz şirkətlər arasında da möhkəmdir. Bunlardan biri də meyvələrin satışı və əkilməsində bizə etibar edən məşhur “Ben Dor” şirkətidir. İsrailin dünyada tanınmış markalarından olan “Ben Dor” Fruits məhsullarının “Bendor by BİS” adı altında istehsal və satışını həyata keçirir, müştərilərimizə təqdim etdiyimiz çeşidlərə eksklüzivlik də əlavə etmiş oluruq.

Rəy yoxdur. Bəlkə bu şirkət haqda elə birinci rəyi sən yazasan?