Su təchizatı və kanalizasiya sistemləri üzrə layihəçi mühəndis

  • Minera MMC
  • Elanın qoyulma tarixi: 26.11.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Müxtəlif təyinatlı bina və qurğuların tikinti və quraşdırma standartları və spesifikasiyalarının tələblərinə uyğun su təchizatı və kanalizasiya sistemlərinin layihələndirilməsi, layihə-smeta sənədlərinin (BoQ) hazırlanması;
  • Yanğın su təchizatı sistemlərinin layihələndirilməsi, layihə-smeta sənədlərinin (BoQ) hazırlanması;
  • Texniki hesabatların hazırlanması;
  • Yağış suları və drenaj sistemlərinin layihələndirilməsi;
  • Layihələrin təqvim üzrə planlamasını yerinə yetirməsi;
  • Layihədə baş verən gecikmələrin qarşısının alınması üçün monitorinq keçirmək, mütəmadi olaraq layihənin effektivliyini izləmək və təhlil etmək;
  • Layihə-smeta sənədləri üzrə podratçı təşkilatlardan rəylərin alınması, iradların aradan qaldırılması və müvafiq qurumlarda  layihənin müdafiəsini təmin edilməsi.

Namizədə olan tələblər:

  • Su təchizatı və kanalizasiya mühəndisliyi üzrə Ali təhsil.
  • 5 günlük iş həftəsi, iş rejimi 09:00-18:00 (iş vaxtı işlərin mövcud statusuna görə olacaqdır)
  • İş təcrübəsi: Müvafiq sahə üzrə minimum 5 il;
  • Effektiv ünsiyyət, çeviklik, məsuliyyətlilik, intizamlıq.
  • Korporativ yazışma və işgüzar danışıqların aparılması bacarıqları.
  • Azərbaycan dilində səlis danışıq.(Rus dili arzuolunandır)
  • Yüksək təşkilatçılıq bacarıqları;
  • MS Office (Word, Excel), AutoCad  proqramlarını yüksək səviyyədə bilməlidir.
  • Təşkilati idarəetmə, planlama, və təşkiletmə bacarığı;
  • Komanda qurma, komandanın idarə edilməsi və yeni proseslərin tətbiq edilməsi bacarığı;
  • Su təchizatı və kanalizasiya üzrə mütləq şəkildə, tikinti, təmir və işləri üzrə bilikləri olmalı, layihələrin hər birini incələməyi və yerində doğru icra etdirildiyinə nəzarət etməyi bacarmalıdır.

Müsahibə götürəcək şəxsin əlaqə nömrələri +994506000646  +994502502792

Email: [email protected]