Elektrik və zəif axın mühəndisi

  • Minera MMC
  • Elanın qoyulma tarixi: 26.11.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Layihələndirmə məlumatlarını qəbul etmək, analiz etmək, ehtiyac və hədəflərə uyğun olaraq, elektrik, zəif-axın və yanğın siqnalizasiya sistemlərinin uyğunluğu barədə layihələrini hazırlayıb rəhbərliyə təqdim etmək.
  • Layihələndirilən cizgilərin elektrik sistemləri bölmələrini estetik, texniki tələblərə və  ətraf mühitə uyğunluğu yönündən yoxlamaq və sahə işçilərini bu tələblərə istiqamətləndirmək;
  • Elektrik, zəif-axın və yanğın siqnalizasiya üzrə layihələrin analiz olunması, memarlıq, konstruksiya, elektrik və digər bölmələrlə uzlaşmasını nəzarətdə saxlamaq.
  • Elektrik, zəif-axın və yanğın siqnalizasiya sistemlərinin sınaqların təşkil, prosedurlarının hazırlanması, sənədləşmənin aparılması
  • Elektrik keçiricilərinin üstü açıq olmamasına nəzarət edir, qısaqapanmanın yaranmaması üçün lazımi addımları atmaq;
  • Layihələndirmə müddətlərinin elektrik hissələri üçün təyin edilməsi barədə müvafiq məsləhətləri vermək və bütün mərhələlərdə iş qrafikinin  layihələndirməyə aid iş həcmlərinə uyğunluq nöqteyi-nəzərdən yoxlamaq;
  • Layihənin müvafiq olaraq elektrik sistemləri üzrə satınalma strategiyasının təyin edilməsi prosesində iştirak etmək və müvafiq peşəkar rəy bildirmək, tender prosesinə texniki dəstək vermək;
  • Layihəçi şirkətlər tərəfindən tamamlanmış elektrik sistemləri üzrə layihə sənədlərinin dövlət strukturları tərəfindən tam şəkildə təsdiq edilməsini  və təsdiqlənmiş işçi layihə paketinin tikinti üçün müvafiq qaydada təqdim edilməsini təmin edilməsini təmin etmək;
  • Layihələrin elektrik hissələrinin icra planını baxışdan keçirmək və təkmilləşdirilməsi məqsədi ilə layihə müdirinə öz texniki rəyini təmin etmək;
  • Elektrik sistemləri üzrə sınaq və inspeksiyalarında ehtiyac olduğu təqdirdə iştirak etmək və tikintinin təhvil-təslim prosesini təşkil etmək;
  • Tələb edildiyi halda layihənin bütün mərhələlərində elektrik sistemləri üzrə sənədlərə ekspert rəyi vermək, təhlillər aparmaq, büdcə və xərclərinin optimallaşdırılması üçün təkliflər vermək;

Namizədə olan tələblər:

  • Elektrik mühəndisliyi üzrə Ali təhsil.
  • 5 günlük iş həftəsi, iş rejimi 09:00-18:00 (iş vaxtı işlərin mövcud statusuna görə olacaqdır)
  • İş təcrübəsi: Müvafiq sahə üzrə minimum 5 il;
  • Effektiv ünsiyyət, çeviklik, məsuliyyətlilik, intizamlıq.
  • Korporativ yazışma və işgüzar danışıqların aparılması bacarıqları.
  • Azərbaycan dilində səlis danışıq.(Rus dili arzuolunandır)
  • Yüksək təşkilatçılıq bacarıqları;
  • MS Office (Word, Excel), AutoCad  proqramlarını yüksək səviyyədə bilməlidir.
  • Təşkilati idarəetmə, planlama, və təşkiletmə bacarığı;
  • Komanda qurma, komandanın idarə edilməsi və yeni proseslərin tətbiq edilməsi bacarığı;
  • Elektrik, zəif-axın və yanğın siqnalizasiya üzrə mütləq şəkildə, tikinti, təmir və işləri üzrə bilikləri olmalı, layihələrin hər birini incələməyi və yerində doğru icra etdirildiyinə nəzarət etməyi bacarmalıdır.

Müsahibə götürəcək şəxsin əlaqə nömrələri +994506000646  +994502502792

Email: [email protected]