Barmen

  • Zivar Organic
  • Elanın qoyulma tarixi: 25.11.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Namizədə tələblər:

  • Barmen kimi 1-2 il iş təcrübəsinə malik olmaq;
  • Müxtəlif iş qrafiklərində işləmək bacarığı;
  • Azərbaycan, İngilis və Rus dillərin yazılı və şifahi ünsiyyət qabiliyyətinə malik olmaq;
  • Komandada işləmək bacarığı, gülərüzlü olmaq.

 Vəzifə öhdəlikləri:

  • Gündəlik bar işləri üçün bütün iş tapşırıqlarına nəzarət etmək və həyata keçirmək;
  • Yüksək keyfiyyətli və çevik xidmət göstərmək;
  • Müxtəlif növ çay və kofe, isti və soyuq içkiləri hazırlamaq
  • Menyuda göstərilən bütün içkilər barədə məlumatlı olmaq;
  • Müştərilərə menyunu təqdim etmək və menyu  ilə bağlı sualları cavablandırmaq
  • Barın menyusu və içki siyahılarını planlaşdırmaq və təklif etmək;
  • Xidmət sahəsi və ərazinin təmiz və səliqəli olmasını təmin etmək;
  • Təhlükəsiz bir şəkildə işləmək, bütün sağlamlıq və təhlükəsizlik qaydalarına riayət etmək;
  • İçkilərin müvafiq qaydada, lazımi qablarda, normativlərə və ya tələb olunan temperaturlara uyğun hazırlanması, bəzənməsi və verilməsi;
  • Məhsulları yararlılıq müddətinin təyin edilməsi və vaxtında satışının həyata keçirilməsi, əks təqdirdə satışdan çıxarılması;

İş yeri: Nəsimi rayonu (Port Baku Walk) yanında yerləşən yeni açılacaq restoran. Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Barmen” qeyd edərək CV-lərini qeyd edilmiş elektron poçt ünvanına göndərmələri xahiş olunur. 

Zivar Organic tərəfindən digər vakansiyalar