Satış nümayəndəsi

  • Halal-P
  • Elanın qoyulma tarixi: 12.07.2014
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

“Halal-P” şirkəti Azərbaycan bazarında 1996-cı ildən fəaliyyət göstərir. Şirkət kiçik, orta və böyük mətbəələri CTP sistemləri, vərəqli və rulonlu ofset maşınları, rizoqraflar, tam rəngli sistemlər və müxtəlif dərəcələr üçün çapdan sonrakı avadanlıqlarla təchiz edir. Şirkət 20-dən artıq dünyaca məşhur brendlərin Azərbaycandakı rəsmi distribüteridir. 

“Halal-P” şirkəti Satış nümayəndəsi vəzifəsinə vakansiya elan verir.

 Satış nümayəndəsi avadanlıq və sərf materiallarının satışı ilə məşğul olur;
 Potensial yeni müştərilərin cəlb olunması üçün axtarışlar aparır;
 Müştərilərdən daxil olan sorğuların operativ təmin olunmasını həyata keçirir;
 Satışın aylıq və illik planını tərtib edir və planı icra edir. 
 Əmək haqqı 400 AZN+%

Minimum bilik, səriştə və keyfiyyətlər

 Marketinq, iqtisadiyyat və kommersiya sahəsində ali təhsil
 Satış sahəsində minimum 2 illik iş təcrübəsi
 Bazarın spesifik xüsusiyyətləri barədə biliklər
 Tenderlərdə iştirak sahəsində bacarıqlar 
 Danışıqlar aparmaq və inandırmaq qabiliyyəti
 Pozitiv davranış və düşüncə tərzi, ünsiyyətcillik
 Gərgin iş qrafikində və stress altında çalışmaq qabiliyyəti
 Yazılı şəkildə marketinq məhsullarını hazırlamaq qabiliyyəti
 Ölkə daxili və xarici ezamiyyətə getmək imkanı
 MS Office computer bilikləri (xüsusən EXCEL və POWERPOINT)

Üstünlük verilən meyarlar

 Texnika, mexanika, elektronika və bank işi sahəsində bilik və təcrübə
 Öyrənmək və inkişaf etmək potensialı və istəyi
 Planlaşdırma və büdcə tərtibatı sahəsində biliklər
 Komandada işləmək bacarığı
 İngilis və rus dilində ünsiyyət bacarıqları
 Sürücülük vəsiqəsi

Uyğun namizədlər öz CV-lərini [email protected] e-mail ünvanına göndərə bilərlər
(yalnız elektron ərizələr nəzərə alınır):

Xahiş olunur, məktubun "SUBJECT" qrafasında "satish - numayende" yazasınız.

Ərizələrin göndərilməsinin son tarixi 31 iyul 2014-cü il

 “Halal-P” şirkəti öz işçilərinə geniş inkişaf imkanları yaradır. Bu imkanlardan siz də yararlanın!