Aparıcı Mühasib

  • AzProduct
  • Elanın qoyulma tarixi: 18.11.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifələr:

  • Mühasibat hesabının müxtəlif sahələri üzrə əməliyyatları (əsas vəsaitlərin, əmtəə-maddi qiymətlilərin, istehsala çəkilən xərclərin, məhsulun satılmasının, təsərrüfat-maliyyə fəaliyyətinin nəticələrinin hesabının aparılması, sifarişçilərin-tədarükçülərin hesabı, eləcə də göstərilən xidmətlərə və s. hesabı) yerinə yetirmək;
  • Mövcud qanunvericiliyə uyğun olaraq müəssisənin rəsmi maliyyə nəticələrinin dəqiq uçotunu təşkil etmək
  • İstehsal prosesinin izlənilməsi və istehsal məhsullarının dəqiq maya dəyərinin hesablanması.
  • Vergi , Statistika, digər büdcə ilə hesablaşmalar və hesabatlılığın təşkilində yaxından iştirak etmək; 
  • Mal-materialların uçotunu aparmaq;
  • Gündəlik və aylıq hesabatları tərtib etmək;
  • Aylıq xərclər smetasının planlaşdırılması və xərclərin plana uyğun sərfiyyatına nəzarət etmək;
  • Vergi orqanlarından daxil olan məktubları nəzarətda saxlamaq və müvafiq yazışmalarını aparmaq.
  • Maliyyə intizamının yerinə yetirilməsinə və ehtiyatlardan səmərəli istifadəyə yönəlmiş tədbirlərin işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak etmək ;
  • Pul vəsaitlərinin, əmtəə maddi qiymətlilərinin hərəkəti ilə bağlı Bank və Kassa əməliyyatlarının icrasını və mühasibat hesabında əks etdirilməsini təşkil etmək;
  • Hesabat tərtib etmək üçün uçotun müvafiq sahələri üzrə məlumat hazırlayır, mühasibat sənədlərinin saxlanılmasına nəzarət etmək.

Tələblər:

  • Təhsil:  Ali təhsil; (Maliyyə, İqtisadiyyat, Mühasibat uçotu və s.)
  • Təcrübə: Müvafiq sahə üzrə ən azı 2 il iş təcrübəsi;

Bilməlidir:

  • PMS KOS/ MHBS sertifikatı.
  • İqtisadiyyatın, istehsalatın, əməyin və idarəetmənin təşkilinin əsaslarını; daxili əmək intizamı qaydalarını; 
  • Əmək qanunvericiliyinin əsaslarını; 
  • MS Office proqramlarını ,ERP və 1C proqramını;

Bacarıqlar:

  • Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
  • Stres altında işləməyi və stres vəziyyətlərdə qərar qəbul etməyi bacarmalı;
  • Planlı işləmə bacarığı və işə sistemli və nəticəyönümlü yanaşma bacarığı;
  • Ünsiyyət yaratmaq, dinləmək qabiliyyətinə malik olmalı;
  • İdarəetmə qabiliyyəti yüksək səviyyədə olmalı;
  • Analiz etmək, vaxtın idarə olunması, səbirlilik, komandada işləyə bilmək və baş verən hadisələrdə zamanında çevik və doğru qərar vermək kimi bacarıqların olması.

 İş şəraiti:

  • İş qrafiki: 5 günlük iş rejimi
  • İş yeri: Neftçala Sənaye Məhəlləsi
  • Əmək haqqı: namizədin bilik və bacarıqlarından aslı olaraq. 
  • Korporativ mobil nömrə;
  • Nahar və servis xidməti 
  • Stabil iş mühiti və dinamik komanda
  • Təlim və inkişaf imkanları;

Qeyd olunan göstəricilərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “Aparıcı Mühasib”  qeyd etməklə elektron poçt  ünvanına göndərmələri xahiş olunur.