Sosial Media Meneceri (SMM)

  • Caspident
  • Elanın qoyulma tarixi: 18.11.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Sosial Media İdarəçiliyi:

  • Facebook və Instagram hesablarımızın idarə edilməsi.
  • Aylıq məzmun planlarının hazırlanması və uyğun olaraq paylaşımların həyata keçirilməsi.
  • Hesabların texniki parametrlərinin (səhifə tənzimləmələri, rolar və s.) düzgün qurulması və idarə olunması.

Meta Ekosistemi İdarəçiliyi:

  • Meta Business Account-un düzgün qurulması və idarə edilməsi.
  • Reklam kampaniyalarının yaradılması, optimallaşdırılması və nəticələrin izlənməsi.
  • Reklam büdcəsinin idarə olunması və hədəflərin müəyyənləşdirilməsi.
  • Performans göstəricilərinin (CTR, CPC, CPA və s.) mütəmadi izlənməsi.

Ünsiyyət və Sorğuların İdarə Edilməsi:

  • Sosial media platformaları vasitəsilə gələn sorğuların cavablandırılması.
  • Lazım gəldikdə aidiyyəti şöbələrə yönləndirilməsi.

Bot və Mesaj Sistemi:

  • Sosial media üçün avtomatlaşdırılmış bot mesajlarının hazırlanması və optimallaşdırılması.

Analiz və Hesabatlar:

  • Reklam kampaniyalarının və sosial media fəaliyyətlərinin nəticələrinin analiz edilməsi.
  • Aylıq hesabatların hazırlanması və təqdim edilməsi.
  • Facebook və Instagram platformalarının tam texniki bilikləri (səhifə parametrləri, reklam tənzimləmələri və s.).
  • Meta Business Account və Meta Ads Manager platformalarında təcrübə.
  • Reklam kampaniyalarının effektiv idarə edilməsi və optimallaşdırılması.
  • Analitik düşüncə və hesabat təqdim etmə bacarığı.
  • Yaradıcı məzmun ideyalarının hazırlanması.
  • Meta Sertifikatları (Üstünlük Verilir):
  • Meta Certified Digital Marketing Associate
  • Meta Certified Media Buying Professional
  • Meta Certified Media Planning Professional

Tələblər:

  • Yaş: 23-33

İş şəraiti:

  • İş vaxtı: Bazar ertəsi – Cümə, saat 09:00-dan 17:00-dək
  • Əmək haqqı: 800-1000 AZN (təcrübə və bilik səviyyəsinə əsasən)
  • İş yeri: Caspident MMC, Səməd Vurğun küçəsi 88, Bakı

Maraqlananlar mail ünvanına "Sosial Media Meneceri (SMM) " başlığı ilə CV göndərsin.

Şirkətimiz haqqında daha ətraflı məlumat üçün www.caspident.az saytını ziyarət edə bilərsiniz.