Kreditlərin anderraytinqi və monitorinqi şöbəsinin “Mütəxəssisi”

  • Premium Bank
  • Elanın qoyulma tarixi: 15.11.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İşin təsviri:

  • Kredit (istehlak, biznes), qarantiya və digər sənədli əməliyyatlar üzrə kreditləşmə sənədlərinin, şərtlərə uyğunluğunun yoxlanılması;
  • Borcalanların ödəmə qabiliyyətinin (maliyyə vəziyyətinin) qiymətləndirilməsi, kredit tarixçəsinin təhlil edilməsi;
  • Borcalanın, kontragentin və emitentin maliyyə göstəriciləri, borc yükü və likvidliyinin təhlili;
  • Borcalanın öhdəlik üzrə əsas məbləğ və faiz borcları ilə bağlı ödəmə davranışının izlənilməsi;
  • Mövcud olduqda borcalanın kredit reytinqi, habelə qiymətli kağızlarının bazar qiymətinin izlənilməsi;
  • Kredit tələbinin təyinatı üzrə istifadə edilməsinin yoxlanılması;
  • Restrukturizasiya tədbirlərinin monitorinq vasitəsilə qiymətləndirilməsi;
  • Tәnzimlәyici orqanların normativ aktlarının vә Bankın, kreditlərin verilməsi ilə bağlı daxili sәnәdlәrinin tәlәblәrinә uyğunluğunun yoxlanılması;
  • Aktivlərin təsnifləşdirilməsinin qiymətləndirilməsi;
  • Müxtəlif biznes sahələrindən və bazardakı vəziyyətdən xəbərdar olma və hər hansı mənfi təsir göstərə biləcək amillər barədə rəhbərliyə məlumat vermək;
  • Sahə üzrə limitlər üzrə monitorinqlərin aparılması;
  • Aparılmış monitorinq üzrə aktların tərtib olunması;
  • Müvafiq dövrdə yuxarıda qeyd olunan sahələrdə iş prosesi zamanı yerində monitorinqlərin aparılması.

Namizədə dair tələblər:

  • İqtisadiyyat və ya maliyyə sahəsində ali təhsili olmalıdır; 
  • Ən azı 1 il müvafiq sahə üzrə iş təcrübəsi olmalıdır;
  • Azərbaycan dili biliyi əla, Rus və ya İngilis dili biliyi arzuolunandır.

İş şəraiti:

  • İş saatı 09:00-dan 18:00-dək 
  • İstirahət günləri: şənbə və bazar günləri

Qeyd olunan vakansiya üzrə tələblərə uyğun gələn şəxslər öz CV-lərini elektron poçt ünvanına 23.02.2024-cü il tarixinədək göndərə bilərlər. Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Kreditlərin anderaytinqi və monitorinqi şöbəsinin Aparıcı/Baş mütəxəssisi” şəklində göstərilməsi xahiş olunur