Onlayn izləmə üzrə mütəxəssis

  • Baku Bus
  • Elanın qoyulma tarixi: 04.11.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əsas vəzifə və öhdəliklər:

  • Sürücülərin davranışlarına, təhlükəsizlik qaydalarına və avtobusdakı nizam-intizam qaydalarına onlayn şəkildə, kameralar vasitəsilə nəzarət etmək;
  • Sürücülərin hər dayanacaq məntəqəsinə düzgün yanaşmasını və dayanma qaydalarına riayət etməsini müşahidə etmək; 
  • Yol boyu sürücü davranışını izləyərək, sərnişinlərin təhlükəsizliyini təmin etməyən hərəkətləri qeydə almaq;
  • Kameralar vasitəsilə sərnişinlərin rəylərini nəzərə almaq və hər hansı problemli hallarda şikayətləri qeyd edərək aidiyyəti üzrə məlumat vermək;

Vəzifə tələbləri:

  • Ali və orta ixtisas təhsilli;
  • Sahə üzrə iş təcrübəsinə malik olması üstünlükdür;
  • 23-45 yaş aralığında olmalı;
  • İnformasiya texnologiyaları biliyinə sahib olmalı;
  • Azərbaycan dilini sərbəst, (ingilis və rus dilini biliyi arzuolunan)
  • MS office proqramlarında işləmə bacarığına sahib olmalı;
  • Stresə davamlı, dürüst və analitik düşünmə bacarığı olmalıdır;
  • İşgüzar və məsuliyyətli olmalı;
  • Növbəli iş qrafikinə uyğun olmalı;

İş şəraiti:

  • İş günləri: növbəli qrafiklə 
  • Peşəkar, mehriban komandada iş
  • Professional və maddi artım üçün perspektiv
  • Əmək qanunvericiliyinə uyğun olaraq sənədləşmə
  • Əmək haqqı müsahibə əsasında müəyyən ediləcək

Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini elektron ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində göstərməyiniz xahiş olunur.