Audit üzrə menecer

  • TABİA Group
  • Elanın qoyulma tarixi: 30.10.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əmək funksiyası:

  • Daxili Audit Rəhbəri tərəfindən təqdim edilən ümumi təlimatlar çərçivəsində:
  • Təyin olunmuş audit sahəsi üzrə geniş və praktiki audit planı hazırlamaq.
  • Audit planına aid olan fəaliyyət istiqamətlərini müəyyənləşdirmək, onların əhəmiyyətlilik dərəcəsini və fəaliyyətə xas olan məcmu risk dərəcəsini qiymət, cədvəl və keyfiyyət baxımından qiymətləndirmək.
  • Təyin olunmuş daxili audit layihələrinin fəaliyyətini təmin etmək.  
  • Daxili auditor funksiyasını yerinə yetirməyə qadir olan işçiləri düzgün istiqamətə yönləndirmək və onlara dəstək olmaq.
  • Audit Komitəsini auditin əhatəsinə dair hesabatlar və təyin olunmuş sahə üzrə audit fəaliyyətinin  nəticələri ilə təmin etmək və eyni zamanda həmin nəticələrin düzgün izahını verərək yoxlama  qrafikini və əhatəsini optimallaşdırmaq.  
  • İdarəetməyə fokuslanmış daxili audit fəaliyyətinin səmərəliliyini artırmağa yönləndirilmiş tapşırıqları effektiv idarə etmək.
  • Daxili audit işçilərinin peşəkarlığını artırmaq məqsədilə təlimlər keçirmək və bu      yöndə istiqamət vermək;
  • İnkişaf imkanlarını müəyyənləşdirmək üçün Daxili Audit qrupunun Rəhbərinə dəstək olmaq;
  • Daxili audit komandası tərəfindən hazırlanan audit hesabatlarını nəzərdən keçirmək, hesabatların məzmununu qiymətləndirərək, üst səviyyədəki rəhbərlik ilə müzakirə olunacaq məsələləri yekunlaşdırmaq;
  • Yekun hesabatları hazırlayaraq, həmin hesabatların məzmununu cavabdeh rəhbərlər  ilə müzakirə etmək;
  •  Daxili Audit Rəhbərinə / Audit Komitəsinə hesabat vermək.
  • İcraçı rəhbərlik və əməliyyat menecerləri arasında effektiv iş əlaqələrinin qorunması istiqamətində səy göstərmək;
  •  Kənar auditorlar və digər nəzarət orqanları ilə ünsiyyət yaratmaq.

Tələblər:

  • Audit, iqtisadiyyat, idarəetmə, maliyyə və ya mühasibat uçotu üzrə ali təhsil;
  • Audit və ya maliyyə/ mühasibatlıq sahəsində müvafiq iş təcrübəsi;
  • İdarəetmə və məxfiliyi diqqət mərkəzində saxlamaqla bölmələr arasında əməkdaşlığın aparılması və effektiv ünsiyyətin qurulması;
  • Məhdud informasiya şəraitində risk, problem və həllərin düzgün müəyyən edilməsi;
  • Mürəkkəb peşə məsələlərini və kritik problemlərini müəyyənləşdirilməsi və bu məsələlərin strukturlaşdırılmış, analitik şəkildə həllinə marağın mövcudluğu;
  • İT auditi sahəsində ümumi biliklər
  • Kompüter biliyi (Word, Excel, Power Point);
  • İş ilə bağlı səyahət etmək imkanı;
  • Daxili Audit İnstitutunun standartları və COSO çərçivəsinə dair güclü biliklər;
  • Daxili Auditorlar İnstitutu tərəfindən təqdim edilən “Sertifikatlaşdırılmış Daxili Auditor” sertifikatına dair dərin biliklər;
  • Yerli və Beynəlxalq Mühasibat Uçotu standartları, Beynəlxalq Audit Standartları, müvafiq qanuni tələblər, digər qanunlar və müvafiq vergi qanunvericiliyi üzrə dərin biliklər;
  • Daxili Audit, İnformasiya Təhlükəsizliyi, Risklərin İdarə edilməsi, Dələduzluq, və Daxili Nəzarət üzrə dərin biliklər (diplom və sertifikatlar).
  • Rus və ya ingilis dili – işgüzar səviyyədə bilmək arzuolunandır.

İşçinin təminatları:

  • Dünyanın məşhur hotel brendlərində təcrübə qazanmış peşəkar kollektivdə iş imkanı;
  • TABİA Group MMC-nin tabeliyində olan çoxsaylı hotellərdə və SPA mərkəzlərində maksimal endirim imkanı;
  • TABİA Group MMC-nin tabeliyində olan müxtəlif  müəssisələrdə karyera davamı imkanı;                    
  • Təlim və inkişaf proqramlarında iştirak imkanları;

Maraqlanan namizədlərdən öz CV formalarını elektron poçtuna göndərmələri xahiş olunur. CV göndərərkən, mövzu yerində müraciət etdiyiniz vəzifənin adını qeyd edin. Yalnız vəzifə adı qeyd olunan CV-lərə daha çox üstünlük veriləcəkdir.