Maliyyə Meneceri

İşin təsviri

Hesabat verdiyi rəhbər: Baş Direktor

 İş yeri: Bakı

Vəzfiləri:

1.0 Azərbaycan Respublikasının qanunvericiliyini, rəhbərliyin verdiyi əmr və sərəncamları, təsdiq etdiyi daxili təlimatları, qanuni göstəriş və tapşırıqlarını rəhbər tutur.
1.1 Maliyyə menecerin tabeçiliyində olan strukturlara ümumi rəhbərliyi həyata keçirir, işlərini əlaqələndirir, fəaliyyətlərinə nəzarət edir və səmərəli təşkil olunmasına görə məsulliyyət daşıyır
1.2 Мaliyyə aktivlərinin idarə olunması, büdcənin planlaşdırılması və icrası, audit, mehasibatlıq və  idarəetmə hesabatları, daşınmaz əmlakın idarə olunması, əmək və maliyyə resurslarından qənaətli istifadə olunması və sığorta kimi fəaliyyət istiqamətlərinə nəzarət edir;
1.3 Şirkəti investorlar, maliyyə-kredit təşkilatları  və maliyyə məsləkçiləri ilə  əməkdaşlıq etməsinə hazırlayır və  onlar qarşısında  Şirkətin maraqlarını təmsil edir.
1.4 Şirkətin inkişaf strategiyasına  uyğun illik maliyyə  planlarını tərtib edir, faktiki və plan tutuşdurulması əsasında onun icrasına  nəzarət edir.
1.5 Şirkətin təsərrüfat fəaliyyətini  iqtisadi təşkil edir, aparılan əməliyyatlar üzrə efektivliyin strateji və cari analizini həyata keçirir  və məsrəflərin  minimallaşdırılması  məqsədilə onları idarə edir.
1.6 Şirkətin cari öhdəliklərini  yerinə yetirmək məqsədilə  pul vəsaitlərinin  ehtiyatını təmin edir  və ehtiyatların  həyata keçirir.
1.7 Tabeçiliyində olan kadrların qəbulunda iştirak edir, onların öyrədilması və peşakar yerləşdirilməsi proqramlarını koordinasiya edir.
1.8 Şirkətin maliyyə hesabatların BMUS (İFRS) uyğun hazırlayıb rəhbərliyə və o cümlədən lazımi tələb olunan yerlərə təqdim edir. Müstəqil audit üçün bütün lazım olan məlumatları keyfiyyətli və vaxtında hazırlamaq.
1.9 Maliyyə sistemini daim yeniləmək və yeniliklrə uyğunlaşdırmaq
1.10 Aylıq və gündəlik daxili hesabatların hazırlanması
1.11 Portfelin analizin aparılması
1.12 Daxili maliyyə auditinin aparılması
1.13 Yeni proqram təminatlarının implementasiyası
1.14 Vergi və audit yoxlamaları zamanı məlumatların düzgün və dolğun formada təqdim edilməsi
1.15 İş əsnasında yarana biləcək rəhbərlik tərəfindən verilmiş digər tapşırıqlar
1.16 Müstəqil auditorlara işi əlaqələndirilməsi və audit hesabatın hazırlanmasınn koordinasiya etmək.
Şirkətin maliyyə-təsərrüfat fəaliyyətinin düzünə  qurulmasına  və Maliyyə departamentinin işinə görə Şirkətin rəhbərliyi qarşısında şəxsən məsuliyyət daşıyır.

Vəzifə tələbləri:

1.0 Təhsil: Ali – iqtisadi, biznesin idarə edilməsi
2.0 İş stajı: Minimum 5-6 il, Maliyyə işləri üzrə
3.0 Dil biliyi: Azərbaycan, Rus, İngilis Səviyyə: Əla
4.0 Kompüter  biliyi: MS Windows, MS Office (Excel, Word, Outlook)  Səviyyə: Əla
5.0 Elektron Maliyyə programları bilik və işlətmə bacarıqı.
6.0 Digər tələblər: İdarəçilik qabiliyyətlərinə malik olmalı, Mövcud qanunvericiliyi bilməlidir.

Email: [email protected]

26 Afiyeddin Jalilov Str., AZ1025

Baku, AZERBAIJAN

Tel:    (994 12) 447 5226/27/29 (ext.107)

Fax:    (994 12) 447 5228