Satış üzrə mütəxəssis

  • Evim Tekstil
  • Elanın qoyulma tarixi: 28.10.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Namizəddə tələblər:

  • Yaş həddi 20-45
  • Təhsil: Natamam Ali
  • Təcrübə: Minimum 1 il (Tikiş və Ev tekstili sahəsində işləyənlərə üstünlük veriləcək)
  • Komandada işləmək bacarığı;
  • Dəqiq və məsuliyyətli;
  • Güclü liderlik keyfiyyətlərinə sahib olmalı və kollektivlə işləməyi bacarmalı;
  • Səliqəli, gülərüz və məsuliyyətli olması
  • Korporativ etikaya həssaslıq, intizamlı olma və təşəbbüskarlıq

İş haqqında:  

  • Satışla bağlı müxtəlif qayda və prosedurlar, o cümlədən kampaniyalar haqqında məlumatı vaxtında öyrənmək və tətbiq etmək;
  • Vitrinlərin, rəflərin tərtibatı, mal təminatını izləmək;
  • Müştəriləri mağazada qarşılamaq, onların tələbatını öyrənmək, mallar haqqında ətraflı və doğru məlumat vermək;
  • Mövcud müştərilər ilə əlaqələri gücləndirmək, yeni müştərilər qazanmaq;
  • Qoyulmuş satış hədəflərinə çatmaq;
  • Şirkətin qəbul etdiyi qayda və prosedurlara riayət etmək
  • Rəhbərlik tərəfindən verilən tapşırıqları düzgün icra etmək.
  • İş prosesi zamanı yaranmış problemlərə qarşı operativ şəkildə yanaşma

İş Şərtləri:

  • İş saatları: 08:00-18:00;
  • Əmək haqqı razılaşma yolu ilə
  • Əlavə olaraq satış həcminə uyğun olaraq bonuslar nəzərdə tutulur.
  • Nahar şirkət tərəfindən qarşılanır (3 azn)
  • Ayda üç dəfə istirahət

Qeyd: Ətraf ərazilər üzrə qalan işçilərə üstünlük veriləcək.

Ünvan: Qaradağ Rayonu Lökbatan qəsəbəsi , Sədərək Ticarət Mərkəzi

Müraciət qaydası: 

CV-nizi elektron poçt ünvanına mövzu hissəsində vəzifə adını – “Satış üzrə mütəxəssis” yazıb qeyd edilmiş e-mail ünvanına göndərməklə müraciət edə bilərsiniz.

Evim Tekstil tərəfindən digər vakansiyalar