Müəssisədə kargüzarlıq işinin qanunvericiliyin tələbinə uyğun təşkil olunmasına hüquqi dəstək;
Müəssisədə kadr işinin qanunvericiliyin tələbinə uyğun təşkil olunmasına hüquqi dəstək;
Əmək mübahisələri üzrə mediasiya təkliflərinin, mediasiya sorğularının və iddia ərizələrinin prosessual qanunvericiliyin tələbinə uyğun hazırlanması;
Korporativ hüquq məsələləri üzrə hüquqi dəstək verilməsi;
Hüquqi risklərin qiymətləndirilməsi və minimuma endirilməsində iştirak, Şirkətin maraqlarını qorumaq üçün zəruri hüquqi tədbirlərin həyata keçirilməsi;
Müəssisənin fəaliyyəti üzrə tələb olunan hüquqi təsdiqedici və ya əqli mülkiyyət üzrə sənədlərin alınması üçün vaxtında müraciət edilməsi (patent, əmtəə nişanı, sertifikat, icazalər və s.) və həmin sənədlərin alınması;
Əmlak münasibətlərinin tənzimlənməsində hüquqi dəstək;
Müqavilələrin, sazişlərin və onlara əlavə və dəyişikliklərin hazırlanması, layihələrin hüquqi ekspertizası, o cümlədən onların Azərbaycan Respublikasının qanunvericiliyinə, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn müddəalara və Şirkətin mənafeyinə, habelə daxili qaydalara uyğun tərtib olunması;
Müqavilə münasibətləri üzrə öhdəliklərdən yayınma halları baş verdikdə zəruri hüquqi müdaxilələrin edilməsi;
Müəssisənin digər şöbələrinin fəaliyyətinin, habelə dövriyyədə olan sənədlərin mövcud qanunvericiliyin tələbləri və mümkün hüquqi risklər baxımından hüquqi ekspertizasının həyata keçirilməsi;
Müəssisənin fəaliyyəti ilə əlaqədar hüquqi dəstəyin verilməsi, idxal-ixrac əməliyyatlarının qanunvericiliyin tələblərinə müvafiq aparılmasının təmini;
Müqavilə münasibətləri üzrə öhdəliklərdən və ya müqavilədən kənar öhdəliklərdən yaranan mübahisələr üzrə pretenziyaların, iddia ərizələrinin qanunvericiliyin tələbinə uyğun hazırlanması;
Hüquq məsələləri üzrə birbaşa rəhbər tərəfindən vaxtaşırı verilə biləcək digər tapşırıqların yerinə yetirilməsi.
Tələblər
Ali təhsil (Hüquqşünaslıq);
Azərbaycan, rus və ingilis dillərini mükəmməl səviyyədə bilməli