İmport üzrə mütəxəssis

  • Halal-P
  • Elanın qoyulma tarixi: 18.06.2014
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Halal-P” şirkəti Azərbaycan bazarında 1996-cı ildən fəaliyyət göstərir. Şirkət kiçik, orta və böyük mətbəələri CTP sistemləri, vərəqli və rulonlu ofset maşınları, rizoqraflar, tam rəngli sistemlər və müxtəlif dərəcələr üçün çapdan sonrakı avadanlıqlarla təchiz edir. Şirkət 20-dən artıq dünyaca məşhur brendlərin Azərbaycandakı rəsmi distribüteridir.

“Halal-P” şirkəti İmport üzrə mütəxəssis vəzifəsinə vakansiya elan verir.

İşin təsviri:

İmport üzrə menecer xarici şirkətlərlə işgüzar münasibətlərin qurulması və davam etdirilməsi ilə məşğul olur. Xaricdən gətirilən mallar üzrə logistika prosesərinə nəzarə edir. Xarici bazar qiymətlərini analiz edir. Satınalmalarla bağlı sənədlərin dövriyyəsinə nəzarət edir.

Əmək haqqı:300 AZN-dən başlayaraq

Namizədlərə olan tələblər:

Minimum bilik, səriştə və keyfiyyətlər:

- Kommersiya və ya Beynəlxalq İqtisadi Münasibətlər sahəsində ali təhsil
- İngilis və rus dillərində sərbəst düzgün yazışmalar və danışıqlar aparmaq bacarığı
- 1 ildən az olmayan iş təcrübəsi
- Gərgin iş qrafikində və stress altında çalışmaq qabiliyyəti
- MS Office komputer bilikləri (Word, Excel, Outlook Express)

Üstünlük verilən meyarlar:

- Öyrənmək və inkişaf etmək potensialı və istəyi
- Məntiqi düşünmək və düzgün qərar vermək qabiliyyəti

Uyğun namizədlər öz CV-lərini [email protected] e-mail ünvanına göndərə bilərlər
(yalnız elektron ərizələr nəzərə alınır):

Xahiş olunur, məktubun "SUBJECT" qrafasında "import mütəxəssisi" yazasınız.

Ərizələrin göndərilməsinin son tarixi 10.08.2014-cü il

 “Halal-P” şirkəti öz işçilərinə geniş inkişaf imkanları yaradır. Bu imkanlardan siz də yararlanın!