İşin təsviri
Tələblər:
- Yaş : 30-45;
- Təhsil : Ali;
- İş təcrübəsi: 3 ildən çox;
- Şəxsi avtomobili və sürücülük vəsiqəsi olması mütləqdir;
- Bazar təhlili və aktiv şəkildə müştərilərin axtarışı;
- Məsuliyyətli, dürüst və ünsiyyət qurma bacarığı olmalıdır;
- Komandada işləmə bacarığı olmalı;
- Dil bilikləri: Azərbaycan.(rus və ingilis dilini bilənlərə üstünlük verilir)
İş barədə məlumat:
- Korporativ satış ilə bağlı bazar araşdırmalarının aparılması;
- Potensial müştərilərin müəyyən edilməsi və cəlb edilməsi;
- Müştəri bazasının formalaşdırılması və korporativ müştərilərlə əlaqələrin qurulması;
- Bazarın, rəqiblərin araşdırılması, analizlərin aparılması və tələbatın müəyyənləşdirilməsi;
- Keçirilən aksiya və kampaniyalar haqqında müştərilərin məlumatlandırılması;
- Yeni müqavilələrin bağlanması üçün potensial müştərilərlə görüşlərin təşkili və təqdimatların keçirilməsi;
- Potensial müştərilərlə qiymət təkliflərinin razılaşdırılması;
- Razılaşdırılmış satış şərtləri üzrə müqavilələrin bağlanması;
- Korporativ satışın icrası üçün lazımi müqavilə və sənədlər toplusunun hazırlanması;
- Satışla bağlı məlumatların müvafiq proqram təminatlarında qeyd edilməsi;
- Satışın artırılması üçün mövcud müştərilərlə münasibətlərin qorunması və məhsullarla bağlı çarpaz təkliflər hazırlanması;
- Ödənişlərin vaxtında edilməsi üçün müştərilərlə danışıqların aparılması;
İş qrafiki: I-V günlər, 09:00-dan-18:00-dək;
İstirahət günü: şənbə və bazar
Əmək haqqı 1000 + bonus (ay sonu təxmini maaş 2000-3000) AZN
Şirkət haqda axtarış edərkən Emsoil, PetroCanada , Eneos , Fosser markaları üzərindən axtarış etməyiniz xahiş olunur.