Şöbənin təqdim etdiyi sifarişlərə əsasən malların vaxtında və təhlükəsiz şəkildə satış nöqtələrinə çatdırılmasını təmin etmək
Rəhbərlik tərəfindən verilən tapşırıqları vaxtında yerinə yetirmək
Avtonəqliyyat vasitəsinin fasiləsiz, qəzasız, yüksək səmərəli işini, düzgün texniki istismarını həyata keçirmək
Anbardan mal götürülən zaman avtomaşına yüklənmiş malı qaimələrə əsasən sayıb təhvil alır, maşının yüklənməsinə nəzarət etmək
Nasazlıqların vaxtında aradan qaldırılması üçün yoxlamalar keçirir, aşkar olunmuş nasazlıqları aradan qaldırmaq
Vəzifələr:
Verilən sifarişlər qaimələrə əsasən avtomaşına yüklənərkən sürücü malların səliqəli, zədələnmədən, yararsız hala düşmədən sayına, görkəminə diqqət yetirir, həmin malları vaxtında göstərilmiş ünvana çatdırmalıdır
Öhdəliyində olan məhsul, avadanlıq, vəsait və vasitələrin tamlığına və sazlığına görə məsuliyyət daşıyır
İstifadə etdiyi avtonəqliyyat vasitəsinin istismarı üzrə təlimatlarının, qüvvədə olan yol hərəkəti qaydalarının bütün tələblərinə şərtsiz riayət edir
Bazar münasibətlərində maraqlı tərəflərlə şirkəti müsbət şəkildə təmsil və müdafiə edir
Dürüst fəaliyyət göstərir və şirkətin Davranış Kodeksinə hörmətlə yanaşır.
Tələblər:
Ali,Orta və ya peşə məktəbi
Müvafiq sahədə iş təcrübəsi - min. 1 il
B kateqoriyalı sürücülük vəsiqəsi , BC olanlara üstünlük veriləcəkdir.
Dürüstlük, dəqiqlik
İşi tam vaxtında yerinə yetirmə
Nəzakət qaydaları
Müştəri yönümlü olmaq
İş şəraiti:
6 günlük iş qrafiki
Əmək haqqı: ilkin olaraq 600 - 650 AZN
Ünvan: Sabunçu rayonu, Bakıxanov qəsəbəsi
Şirkət haqda axtarış edərkən markalarımız Amsoil, PetroCanada , Eneos , Fosser markaları üzərindən axtarış etməyiniz xahiş olunur.