Hüquqşünas

  • MFX-Trading
  • Elanın qoyulma tarixi: 08.10.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əsas vəzifə öhdəlikləri:

  • Şirkətin fəaliyyətinə hüquqi dəstək vermək, hüquqi rəy tərtib etmək və hüquqi təhlil işini icra etmək;
  • Şirkətin daxili əmr, təlimat, qayda, prosedur, proses və digər normativ sənədləri tərtib etmək, onlara dair rəy vermək və ya həmin sənədlərin təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək;
  • Açıq Səhmdar Cəmiyyəti (bundan sonra – Cəmiyyəti) təmsil etmək, daxil olan sorğuları cavablandırmaq və müvafiq sənədləri hazırlamaq;
  • Müqavilə layihələrini tərtib etmək, həmçinin hüquqi rəy üçün daxil olan müqavilə layihələrinə rəy vermək;
  • Cəmiyyətin fəaliyyət istiqamətləri üzrə hüquqi ekspertizanı həyata keçirmək;
  • Cəmiyyətin təsis sənədlərinə dəyişikliklərin dövlət qeydiyyatına alınması üçün zəruri sənədləşməni təşkil etmək;
  • Cəmiyyətin əqli mülkiyyət hüquqlarını qorumaq, əmtəə nişanlarının, patent hüquqlarının əldə edilməsi ilə bağlı hüquqi dəstək göstərmək;
  • Birbaşa rəhbərinin müvafiq tapşırıqlarını yerinə yetirmək;

Vakansiyanın tələbləri: 

  • Ali hüquq təhsili;
  • Korporativ hüquq sahəsi üzrə ən az 2 il iş təcrübəsinə malik;
  • Normativ-hüquqi aktlarla (Əmək qanunvericiliyi və.s.) onların tətbiqi qaydaları ilə iş təcrübəsi;
  • Şirkətdaxili normativ sənədlərin, prosedurların tərtib edilməsi təcrübəsi;

 Tələb olunan bilik və bacarıqlar:

  • Liderlik;
  • Konfliktlərin idarə edilməsi;
  • Analitik düşüncə tərzi və məsələlərin həllinə sistemli yanaşma;
  • Səlist və aydın danışıq qabiliyyətinin olması;
  • Diqqətli olmaq;
  • Yaxşı səviyyədə ingilis dili biliyi;

Əmək haqqı 800-1000 AZN.

İş qrafiki: Həftəiçi 5 gün saat 09:00-dan 18:00-dək. 

İş yeri ünvanı: Xətai Plaza. Müraciət etmək üçün CV-nizi qeyd edilmiş e-poçt (e-mail) adresinə vakansiyanın adını qeyd etməklə göndərməyinizi xahiş edirik. 

Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

MFX-Trading tərəfindən digər vakansiyalar