İşin təsviri
Əsas vəzifə öhdəlikləri:
- Qrupun fəaliyyətinə və məqsədlərinə təsir göstərə biləcək potensial riskləri müəyyən etmək, qiymətləndirmək və prioritetləşdirmək. (Maliyyə risklərini əhatə etməklə)
- Risk idarəetmə strategiyaları, siyasətlər və prosedurlar hazırlamaq, həyata keçirmək və təkmilləşdirmək;
- Risk idarəetmə proseslərinin effektivliyini izləmək və hesabat vermək, həmçinin tənzimləyici tələblərə uyğunluğu təmin etmək.
- Daimi risk qiymətləndirmələri aparmaq, yeni ortaya çıxan riskləri müəyyən etmək və onların aradan qaldırılması üçün tədbirlər tövsiyə etmək.
- Müxtəlif şöbələrlə, daxili audit komandası ilə əməkdaşlıq edərək risk idarəetmə təcrübələrini digər struktur bölmələrin gündəlik əməliyyatlarına inteqrasiya etmək.
- Risk idarəetmə fəaliyyətləri və biznes proseslərinin təkmilləşdirilməsi barədə mütəmadi hesabatlar hazırlamaq və təqdim etmək.
- Daxili və xarici auditlərdə zəruri sənədlər və məlumatlar təmin etməklə dəstək olmaq.
- Əməkdaşlara risk idarəetməsi üzrə metodoloji dəstəklənməsi və məlumatlıq səviyyəsinin artırılması üzrə tədbirlərin təşkili
Vakansiyanın tələbləri:
- Ali iqitsadi təhsil;
- Risk idarəetməsi, biznes proseslərinin idarə edilməsi və ya əlaqəli sahə üzrə minimum 2 il iş təcrübəsi;
- İngilis dili yaxşı səviyyədə;
- MS Office proqramları yaxşı səviyyədə;
- Maliyyə sahəsində sertifikatlarının olması arzuolunandır.
Tələb olunan bilik və bacarıqlar:
- Konfliktlərin idarə edilməsi bacarığı;
- Analitik düşüncə tərzi və məsələlərin həllinə sistemli yanaşma bacarığı;
- Kommunikasiya bacarıqları.
- Risk idarəetmə proqramları, biznes proseslərinin idarəetmə alətləri və Microsoft Office proqramlarını bilmək.
- Mükəmməl yazılı və şifahi ünsiyyət bacarıqları ilə müstəqil işləmək və komanda ilə əməkdaşlıq etmək qabiliyyəti.
Əmək haqqı 800-1200 AZN və əlavə bonus
İş qrafiki: Həftəiçi 5 gün saat 09:00-dan 18:00-dək. mi