Maliyyə institutları ilə iş üzrə təcrübəçi (İqtisadi və Maliyyə ixtisaslarında təhsil alanlar və məzunlar üçün)

  • MFX-Trading
  • Elanın qoyulma tarixi: 18.06.2025
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əsas vəzifə öhdəlikləri:

  • Müvafiq avtomatlaşdırılmış əməliyyat sistemlərində fəaliyyət nəticələrinin əks etdirilməsi və uyğunluğuna nəzarətdə iştirak;
  • Fəaliyyət sahəsi üzrə müvafiq normativ tələblərə uyğunluğun təmin edilməsi və nəzarətində iştirak;
  • Maliyyə sektorunun inkişaf məsələləri ilə bağlı beynəlxalq təşkilatlar və yerli qurumlardan daxil olan məktub və sorğuların cavablandırılmasında iştirak; 
  • Müvafiq normativ metodoloji bazanın hazırlanmasında iştirak;
  • Şöbənin funksiyalarına aid müxtəlif hesabatların, təqdimatların hazırlanmasında iştirak.

Tələb olunan bilik və bacarıqlar:

  • Ali təhsil (Maliyyə, iqtisadiyyat və biznesin idarə edilməsi ixtisasları arzuolunandır);
  • DİM imtahanında yüksək keçid balı və yüksək akademik nəticələr üstünlükdür (bu tələb bütün namizədlər üçün keçərli olsa da, ixtisası uyğun gəlməyən namizədlər üçün xüsusi ilə vacibdir);
  • Təşəbbüskarlıq;
  • Analitik düşüncə tərzi;
  • Yaxşı səviyyədə ingilis dili biliyi (rus dili biliyi mütləq deyil arzuolunandır);
  • MS Office proqramları üzrə biliklər;
  • Rəqəmlərlə və sənədlərlə işləyən zaman dəqiqlik;
  • Verilən tapşırıqların icrasına sistemli yanaşma (tapşırıqları vaxtında və keyfiyyətli icra etmək və s.);
  • Müxtəlif düşüncə və dünyagörüşünə malik insanlarla yazılı və şifahi ünsiyyət qurmaq bacarığı.

İş şəraiti:

  • İş qrafiki: Həftə içi 5 gün saat 09:00-dan 18:00-dək.
  • İş yerinin ünvanı: Xətai Plaza.

Müraciət etmək üçün CV-nizi Müraciət Et düyməsində qeyd olunan e-poçt (e-mail) adresinə vakansiyanın adı qeyd olunmaqla göndərməyinizi xahiş edirik. Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.