Əmək haqqının hesablanması üzrə Təcrübəçi

  • DəmirBank ASC
  • Elanın qoyulma tarixi: 17.06.2014
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

DəmirBank ASC İnsan Resursları Departamentində əmək haqqının hesablanması üzrə təcrübəçi qəbulu elan edir.

Namizədə qarşı tələblər:

• İqtisadiyyat, maliyyə, mühasibat uçotu və audit kimi sahələrdə ali təhsilinin olması;
• Yüksək səviyyədə Azərbaycan dili, ingilis və rus dillərində bilikləri üstünlükdür;
• Stres altında işləməyi bacarmalı;
• Məsulliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik olmalı;
• Ünsiyyət yaratmaq, dinləmək və müşahidə etmək qabiliyyətinə malik olması;
• Komandada işləmək qabiliyyətinə və ruhuna sahib olmalı;
• Yüksək analitik düşünmə qabiliyyətinə sahib olmalı;
• MS office proqramlarını əla səviyyədə idarə etmək qabiliyyəti olmalı.
• Dinləmə, nəticə yönümlülük, məxfilik, hədəf yönümlülük, ünsiyyət bacarığı, vaxtın idarə olunması, səbirlilik, sürət, komandada işləyə bilmək və baş verən hadisələrdə zamanında çevik və doğru qərar vermək kimi bacarıqlarının olması.

Təcrübə müddətində əldə edəcəyiniz peşəkar biliklər:

• Bankın işçilərinin avanslarının, bonusların və aylıq əmək haqqının hesablanması, davamiyyət tabellərinin vaxtında göndərilməsinə nəzarət edilməsi;
• Bank işçilərinin məzuniyyət haqqlarının, kompensasiyaların, son haqq-hesabların hesablanması və ödənilməsi;
• Xəstəlik vərəqələri üzrə ödənişlərin hesablanması;
• DSMF-na təqdim edilən hesabatların hazırlanması;
• DSMF və gəlir vergisi üzrə rüblük məlumatların yoxlanması;
• Əmək haqqı ilə bağlı SAP sistemində bütün məlumatların yoxlanması;
• Ezamiyyə ödənişlərinin hesablanması, İşçilərə müəyyən dövr üçün əmək haqqı çıxarışları barədə arayışların hazırlanması;
• İşçilərə ödənilən əmək haqqı və digər ödənişlərlə bağlı qanunvericiliyin düzgün formada tətbiqini həyata keçirmək, qanunvericilikdə olan məlumatların sistemdə tətbiq edilməsini təmin etmək;
• Digər struktur bölmələrindən daxil olan sorğulara əsasən hesabat tipli məlumatların göndərilməsi;
• Struktur bölmələrindən daxil olan bütün aidiyyatı sorğuların cavablandırılması.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 25 iyun 2014-cü il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (əmək haqqının hesablanması üzrə təcrübəçi) göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaqdır.

Yuxarıda qeyd edilənləri nəzərə alaraq bildirmək istəyirik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.