İşin təsviri
Vəzifə öhdəlikləri:
- Məhsul üzrə əsas göstəricilərin müəyyən edilməsi, göstəricilərin izlənilməsi və analizi;
- Məhsul üzrə ətraflı məlumata sahib olma
- Məhsulun bazardakı mövqeyini izləmək və qiymətləndirmək;
- Məhsulun hazırlanması prosesində proqramçı və dizayner komandaları ilə daimi əlaqə;
- Məhsulun hazırlanması zamanı birgə layihələrdə tərəfdaşlarla qarşılıqlı əlaqənin saxlanılması;
- Rəhbərlik tərəfində verilən tapşırıqları yerinə yetirmək
- Müntəzəm Hesabatlar təqdim etmək
- Tələb olunan sənədlərin rəhbərliyə hazırlanıb təhvil vermək
- Telefon zənglərini və e-poçtları cavablandırma
Tələb olunan bilik və bacarıqlar:
- Müvafiq sahədə ali təhsil (Biznesin idarə edilməsi, Marketinq, İnformasiya texnologiyaları və s.);
- Proyektlərdən və texnologiyalardan məlumatlı olmaq
- Yeniliklərə açıq olmaq
- Komandada və fərdi şəkildə işləmə bacarığı;
- Yüksək ünsiyyət qurma və təqdimat bacarıqları;
- Yüksək araşdırma qabiliyyətinə malik olmaq
- MS Office proqramlarda işləməyi bacarmalıdır
- Analitik düşünmə və təhlil bacarığı;
- İngilis və rus dili bilmək üstünlükdür
İş qrafiki:
- İş saatları həftə içi 09:00 – 18:00;
- İş yeri : Knightsbridge Rezidens. Ağ şəhər 2, Fəvvarələr küçəsi, 3, CY2
- Əmək haqqı müsahibə əsasında təyin olunur
- Azırbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən rəsmiləşdirmə