İşin təsviri
Vəzifə öhdəlikləri:
- Tikintidə əməyin mühafizəsi işini təşkil etmək və əlaqaləndirmək;
- Tikinti sahəsindəki işçilər tərəfindən əməyin mühafizəsi üzrə qanunvericilik və digər normativ hüquqi aktlara əməl edilməsinə nəzarət etmək;
- Tikintidə bədbəxt hadisələrin qarşısının alınması və əmək şəraitinin yaxşılaşdırılması üzrə profilaktik tədbirlər hazırlamaq;
- İş yerində işçilər üçün təhlükəsiz əmək şəraitinin yaradılmasını və təlimatlandırılmaların keçirilməsini həyata keçirmək;
- SƏTƏM təlimatlarında olan dəyişikliklərin hazırlanmasında iştirak etmək və vaxtında işçiləri məlumatlandırmaq;
- İşçilərin əməyin mühafizəsi və əməyin texniki təhlükəsizlik üzrə biliklərinin yoxlanılmasında iştirak etmək;
- Təhlükəsizlik üzrə təlimat və təhsil proqramlarını aparmaq və orada təhlükəsizlik əşyalarından istifadə qaydalarını göstərmək, yeni işə qəbul edilən işçiləri təhlükəsizlik qaydaları ilə tanış etmək;
- Tikinti sahəsində SƏTƏM müşahidələri apararaq gündəlik, həftəlik və aylıq hesabatlar hazırlamaq.
Tələblər:
- Ali təhsil;
- SƏTƏM və ya əməyin təhlükəsizliyi üzrə ən azı 3 illik iş təcrübəsi;
- Microsoft Office (Word, Excel, Power Point, Outlook) proqramlarında sərbəst işləmək bacarığı;
- Azərbaycan dilini mükəmməl bilməli, ingilis dili arzuolunandır;
- Stressə davamlı, məsuliyyətli və intizamlı.
İş şəraiti:
- 6 günlük iş qrafiki;
- İş yeri: Bakı;
- Əmək haqqı: Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir.
Əlaqə:
Vakansiya ilə bağlı müraciət üçün CV formasını e-mail vasitəsilə mövzu yerinə “SƏTƏM üzrə mühəndis” yazmaqla qeyd edilmiş elektron ünvanına göndərməyiniz xahiş olunur. Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır