İşin təsviri
Öhdəliklər
- Proqram təminatının implementasiyasının təmin edilməsi;
- Mövcud proseslərin analiz edilməsi və optimallaşdırılması ilə bağlı zəruri işlərin görülməsi;
- Şöbəyə daxil olan sorğuların analiz edilməsi və bundan irəli gələn digital həllərin təmin edilməsi;
- Müştəri ehtiyaclarına uyğun proseslərin digitallaşdırılması və təkmilləşdirilməsinin təmin edilməsi;
- Proseslərin avtomatlaşdırılması və optimallaşdırılması zamanı risklərin müəyyən edilməsi, bu risklərin idarə edilməsi üzrə tədbirlərin həyata keçirilməsi;
- Qayda, prosedur, vəzifə təlimatı və digər əlaqəli sənədlərin hazırlanması;
- Avtomatlaşdırılmış proseslər üzrə yoxlama mexanizmlərinin qurulması və tətbiq edilməsi;
- Hesabatların hazırlanması, mütəmadi tələb olunan hesabatların vizuallaşdırma alətləri ilə vizuallaşdırılması;
- Strukturlar üzrə illik ştat planının hazırlanması, yeni sorğuların analizi və rəyin verilməsi.
Tələb olunan bacarıq və təcrübə
Sizin barənizdə:
- Ali təhsil almısınız;
- Azərbaycan dili mükəmməl, İngilis dilini əla səviyyədə bilirsiniz. Rus dili biliyi üstünlükdür;
- İnsan resursları, Əmək münasibətlərinin idarə edilməsi sahələri üzrə minimum 3 il iş təcrübəniz var;
- İnsan resursları üzrə proqram təminatının implementasiyası (SAP), proseslərin avtomatlaşdırılması üzrə təcrübəniz var;
- Əmək Məcəlləsini mükəmməl bilirsiniz;
- Data və vizuallaşdırma alətləri (Power BI, Tableau və s.) ilə işləməyi bacarırsınız;
- Ünsiyyət qurmaq, komandada işləmək və yüksək icraçılıq bacarığınız var;
- Təşəbbüskarlıq, çeviklik, diqqətlilik kimi xarakterik xüsusiyyətlərə sahibsiniz.
İşə qəbul prosesi
Seçim prosesi aşağıdakı əsas mərhələlərdə həyata keçir:
Bizimlə işləməyin üstünlükləri
- Biz müştərilərimizə dəyər veririk və onların ehtiyacları, vərdişləri və gözləntilərinə diqqət yetiririk.
- Multikultural mühit: biz xarici həmkarlarımızın fikirləri və təcrübələrini qiymətləndiririk. Biz açıqlıq, inklüzivlik və müxtəlif baxış bucağının mövcudluğuna dəyər veririk.
- Rəqabətli əmək haqqı: Rəqabətli əmək haqqı, tibbi sığorta və illik performans mükafatı.
- Artım imkanları: Biz işçilərimizin peşəkar inkişafına sərmayə qoyuruq və aydın karyera yolları, şəxsi inkişaf planları və geniş çeşiddə onlayn kurslar və təlim proqramları təklif edirik.
- Çevik iş formatı: məsafədən və ofis işinin kombinasiyası.
- Rahat və gözəl ofis: xoş və maraqlı ofisimiz var.
- Qeyri-rəsmi geyim: rahat geyinin və fərdi üslubunuzu ifadə edin.