İşin təsviri
Vəzifə öhdəlikləri:
- Gündəlik kassa kitabının uçotunu aparmaq və kassa əməliyyatlarının aparılması qaydasına uyğun olaraq ilkin kassa sənədlərini hazırlamaq.
- Kassada mövcud olan pulun mühafizəsini təmin etmək.
- Kassaya nağd pul mədaxil və məxaric edilməsi üzrə əməliyyatları həyata keçirmək.
- Nağd pul gəlirlərini banka inkassasiya etmək.
- Satış və geri qaytarma kassa çeklərin düzgün çap olunmasına və Z Hesabatda məlumatların düzgün əks olunmasına nəzarət etmək.
- POS-terminal çeklərini və kassa təhvil-təslim aktlarını yoxlamaq və yığıb mühafizə etmək.
- Gündəlik cari gün üçün əməliyyatların nəticələrini yekunlaşdırmaq, vəsait qalıqlarını hesablamaq, mühasibat sisteminə məlumat daxil etmək, daxil edilmiş məlumatların düzgünlüyünü təmin etmək və rəhbərliyə hesabat vermək.
- Mühasibatlıq sənədlərini yoxlamaq və mühasibat sisteminə daxil etmək, fərqləri araşdırmaq, izləmək və aradan qaldırmaq.
Namizədə tələblər:
- Baş kassir vəzifəsi üzrə iş təcrübəsi arzuolunandır.
- İqtisadi sahə üzrə ali təhsil arzuolunandır.
- Maliyyə və ya Mühasibatlıq sahəsində minimum 1 il iş təcrübəsi
- Office proqramlarında, xüsusilə EXCELL və WORD proqramlarında yüksək səviyyədə işləmək bacarığı olmalıdır
- 1C 8.3 mühasibat proqramında işləməyi bacarmalı;
- Azərbaycan və rus dillərini mükəmməl bilməli
- İşi planlaşdırmaq və təşkil etmək bacarığı
- Vaxtın idarə edilməsi və komandada işləmək üzrə yüksək bacarıqlar
Şərtlər :
- İş rejimi: 5/2
- Əmək haqqı: Müsahibə əsasında təyin olunacaq
- İş yeri : Koroğlu metrosu Anbarım logistika mərkəzi
Bizim komandaya qoşulmaq istəyən namizədlərdən xahiş olunur ki, CV-ni " Kassir " mövzu hissəsində qeyd etməklə [email protected] elektron poçtuna göndərsinlər.