Texnologiya üzrə Layihə Rəhbəri

İşin təsviri

Texnologiya üzrə Layihə Rəhbəri

Əsas öhdəliklər  

• İşçi qrupların fəaliyyətinin planlaşdırılması: işçi qrupların planlaşdırma fəaliyyətinə rəhbərlik etmək, komandaların fəaliyyət sahələrini dəqiq müəyyən etmək, komandaların idarə olunmasında rəhbərliyə dəstək olmaq.
• Layihənin idarə edilməsi vasitələrindən istifadə etmək: layihə üzrə komandaların müştərək fəaliyyətinə rəhbərlik etmək və texnologiya üzrə rəhbərliyi dəqiq və vaxtında məlumatla təmin etmək.
• Hesabat: layihə mərhələləri və müddəti üzrə inkişafa dair, həmçinin növbəti həftə üzrə qərarlar və planlar barədə ardıcıl olaraq həftəlik hesabatlar təqdim etmək.
• Risklər və çətinliklərin idarə olunması: gündəlik riskləri/çətinlikləri müəyyən etmək, cavab tədbirlərini və həll yollarını planlaşdırmaq və dəqiqləşdirmək.
• Layihə üzrə məlumatla paylaşma: işçi qrup daxilində layihə üzrə məlumatın paylaşmasına yardım etmək, tələb olunarsa, bu prosesə rəhbərlik etmək, həmçinin işçi qrupu Layihə Rəhbərlərinin iclaslarında təmsil etmək.
• Çox-funksional layihələr: çox-funksional əməkdaşlıq, inteqrasiya və ya mürəkkəb məsələlərin həlli məqsədilə layihələrin idarə olunmasında aparıcı rol oynamaq.
• Layihə məqsədlərinə və büdcə tələblərinə nail olmaq üçün layihə resurslarının və prosesinin idarə olunmasına köməklik etmək.
• Texniki çətinliklər daxil olmaqla, mürəkkəb məsələlərin həllinə dair təkliflər irəli sürmək və onları həyata keçirmək.
• Layihə müddəti və büdcəsi daxilində işlərin keyfiyyətli və səmərəli həyata keçirilməsi / sona çatdırılmasına dair məsuliyyət daşımaq.

Tələb olunan bilik, təcrübə və ixtisas  

• Müxtəlif sahələrdə mürəkkəb layihələrin uğurla idarə olunması və həyata keçirilməsi üzrə 7 il və ya daha artıq iş təcrübəsi.
• Layihələrin idarə olunması üzrə tanınmış təşkilatların sertifikatları (məsələn, PMI və ya PRINCE2).
• İdman yarışları, əyləncə və turizm sənayesinin anlayışları ilə tanışlıq.
• Problemləri müəyyən etmək və həll yollarını təklif etmək bacarığını nümayiş etdirmək.
• Azərbaycan və ingilis dillərini mükəmməl bilmək.
• Kompüter bilikləri: Microsoft proqramlarında sərbəst işləmə, həmçinin sənədləri yüksək səviyyədə təqdim etmə bacarığı.
• Yüksək ünsiyyət bacarığı.
• Mütəşəkkil olmaq və qoyulan müddətə uyğun işin təşkili.
• Səmərəli ünsiyyət yaratmaq bacarığına malik olmaq və təşkilatın bütün səviyyələrində effektiv iş münasibətləri yaratmaq.

E-mail: [email protected]