İşin təsviri
Vakansiyanın tələbləri:
- Təhsil: İqtisadiyyat sahəsində (və ya uyğun digər sahə) ali təhsil (bakalavr)
- Tələb olunan iş təcrübəsi: Müvafiq sahə üzrə 3 il iş təcrübəsi
- Lisenziya / Sertifikat: Komplayens, Risklər və ya Audit sahəsində sertifikatların mövcudluğu arzuolunandır
- Xarici dillər: İngilis (səlis), rus (işlək)
- Kompüter bilikləri: Microsoft Office
- Bazar üzrə biliklər: Nəzarət orqanlarının tələbləri ilə bağlı dərin biliklər
Görəcəyiniz işlər barədə:
- Təşkilatın daxili proseslərin qanunvericiliyə uyğun olub-olmamasına dair yoxlamanın həyata keçirilməsi və müvafiq hesabatların hazırlanması
- Təşkilatın məhsul və xidmətlərinin ölkədaxili qaydalara və beynalxalq standartlara uyğunluğu ilə bağlı rəyin verilməsi (yaranma mərhələsində)
- Daxili tədqiqatların aparılması: Daxili qayda, proses və siyasətlərin pozuntusu aşkar olunduqda səbəbləri araşdırmaq;
- Dələduzluq faktları ilə bağlı şübhəli hallar yarandıqda rəhbərliyə bildirməklə, müvafiq struktur vahidinin iş fəaliyyətini yoxlamaq, zəruri hallarda təhqiqatlar aparmaq və hesabat tərtib etmək;
- Dələduzluq və fırıldaqçılıq faktlarının/risklərinin müəyyən edilməsi və qarşısının alınması məqsədilə rəhbərlə razılaşdırılmış şəkildə təşkilati tədbirlərin görülməsini və aidiyyəti biznes strukturları qarşısında tələb qaldırmaqla bu proseslərə nəzarətin təmin edilməsi məqsədilə tövsiyyələr vermək.
- Daxili təhqiqat prosesləri zamanı Təşkilatın digər struktur bölmələri ilə koordinasiyalı işin təşkil edilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirmək
- Aşkar olunmuş dələduzluq məlumatlarının toplanılmasını təmin etmək, onların analitikasını aparmaq və risk səviyyəsinin azaldılması üçün müvafiq təkliflər vermək
- Təşkilatdaxili nəzarət funksiyaları tərəfindən aşkar edilmiş kənarlaşmaların aradan qaldırılması istiqamətində tədbirlər planının vaxtında icrasının nəzarətini təmin etmək
- Təşkilatdaxili departamentlərdən / funksiyalardan daxil olmuş Komplayens tələbləri ilə bağlı sorğuların cavablandırılması
- İcra olunmuş audit kənarlaşmaları üzrə dövrü sınaqlar aparmaq
- Rüşvətxorluq və korrupsiya ilə mübarizə, həmçinin əlaqəli digər təşkilatdaxili siyasətlərin və qaydaların idarə edilməsinə dəstək olunması
İş qrafiki: Həftəiçi 5 gün saat 09:00-dan 18:00-dək.
Son müraciət tarixi: 30.09.2024