Tender üzrə mütəxəssis / Satınalma üzrə menecer (idxal)

İşin təsviri

Namizədə tələblər:

  • Cins: Kişi
  • Yaş: 25-40 yaş
  • Dil bilikləri: Azərbaycan və rus dillərində sərbəst danışıq, ingilis dili orta səviyyədə, türk dili - sərbəst
  • Tenderlərlə bağlı satınalma bilikləri, e-tender sistemini bilmə
  • Şirkətin fəaliyyət istiqamətlərinə uyğun tenderlərin seçimi, tender paketi sənədlərinin hazırlanması, müraciətlərin təqdim edilməsi, müqavilələrin bağlanması
  • Yeni müştərilərin cəlb edilməsi
  • Müştərilərə məhsullar və xidmətlər haqqında tam məlumat vermək
  • EXCEL proqramını sərbəst bilmək
  • Yeni məhsul qruplarının və təchizatçıların axtarışı
  • Sifarişlərin icra vəziyyətinə nəzarət və yoxlama
  • Kommersiya təkliflərinin hazırlanması
  • Malların yüklənmə və çatdırılma tarixlərinin müntəzəm izlənməsi
  • Satınalma prosesinin təşkili və müşayiəti: təchizat üçün kommersiya invoysunun alınması, təchizat müqaviləsinin tərtib edilməsi, hazırlanmış müqavilə və invoysun mühasibatlığa ötürülməsi; ödənişlərin nəzarəti
  • Sənədlərin hazırlanması - qaimələr, invoyslar, gömrük orqanlarına bəyanlar üçün məlumatların təqdim edilməsi
  • Tərəfdaşlar və təchizatçılarla gündəlik əlaqə
  • Ezamiyyətlərə hazır olmaq
  • Dürüstlük və kollektivdə işləmək bacarığı
  • Yüksək məsuliyyət və diqqətlilik

Biz təklif edirik:

  • İş prosesi zamanı əlavə təlim, sınaq müddəti ərzində mentor dəstəyi
  • Əmək haqqı: aylıq maaş 800 AZN-dən + rüblük mükafatlar. Başlanğıc maaş namizədin kvalifikasiyasından asılı olaraq fərdi qaydada müzakirə olunur
  • Əmək Məcəlləsinə uyğun tam rəsmiləşdirmə (maaş tam rəsmidir)
  • Sınaq müddəti maksimum 2 ay

İş vaxtı: Bazar ertəsindən cümə gününə qədər 09:00-dan 18:00-a qədər