İşin təsviri
Vəzifə öhdəlikləri:
- Yükləmə, boşaltma və anbar daxilində avtomobil ehtiyat hissələrinin yerləşdirilməsi işinin icrasını təmin etmək
- Anbarda olan malların növlərinə görə səliqə ilə yığılmasını təşkil etmək;
- Sifarış tələbi əsasında anbardan mal çıxışını təşkil etmək.
- Məsuliyyətində olan bütün anbarın təmiz, səliqəli və nizamlı qaydada saxlanılmasına nəzarət etmək;
- Anbarda olan malların təhlükəsizliyindən cavabdeh olmaq;
- Anbarda olan mal-materialın təhlükəsizliyini və anbardan buraxılan və anbara daxil olan mal- materialın giriş-çıxış sənədləri üzrə qeydiyyatını təmin etmək;
Namizədə qarşı tələblər:
- Orta və ya ali təhsil
- İş təcrübəsi: Müvafiq sahədə minimum 1 il
- Yaş: 20-30
- Azərbaycan dili səlis danışıq
- Avtomobil ehtiyat hissələri haqqında bilgisi olanlara üstünlük veriləcək;
İş şərtləri:
- İş qrafiki: Həftədə 5 gün, 09:00-dan 18:00-dək
- Əmək haqqı: 500
Qeyd olunan tələblərə cavab verən namizədlərdən öz şəkilli CV-lərini məktubun mövzu hissəsində “Anbardar köməkçisi” qeyd etməklə elektron ünvana göndərmələri xahiş olunur. Yalnız yuxarıdakı tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.