Məhsul Sahibi

  • PASHA Life
  • Elanın qoyulma tarixi: 11.09.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə Öhdəlikləri:

  • Daxili sistemlərin rəqəmsallaşması üçün məhsulun vizyonunun formalaşması və yol xəritəsinin hazırlanması;
  • Məsul olduğu biznes sahəsi üzrə hədəf, məqsəd və işlər siyahısının Şirkətin strateji hədəflərinə, gözləntilərinə və təşəbbüslərinə uyğunluğunun təmin edilməsi və komanda üzvləri ilə paylaşılması;
  • Məsul olduğu biznes istiqamətlərində biznes proseslərin həm xarici, həm də daxili müştərilərin tələblərinə uyğunluğunun təmin edilməsi;
  • Məsul olduğu biznes istiqamətlərində dünya təcrübəsi, uğurlu nümunələr və innovativ həllərin tətbiqinin sınanması;
  • Agile prinsiplərinə uyğun olaraq komanda üzvləri və maraqlı tərəflərlə qarşılıqlı faydalı və şəffaf əməkdaşlığın və effektiv fəaliyyətin təmin edilməsi;
  • Sahənin Rüblük Biznes Hesabatının (Quarterly Business Review) hazırlanmasını təmin etmək;
  • Rəqəmsal məhsullar üzrə məhsulun backlog-un yaradılması və prioritetləşdirilməsi

Namizədə olan tələblər:

İş təcrübəsi: Maliyyə, İnvestisiya, Marketing, Satış və ya Strategiya sahələri üzrə 2 il iş təcrübəsi tələb olunur. 

Təhsili/ixtisası: Maliyyə, İqtisadiyyat və idarəetmə, İT, Riyaziyyat və Kibernetika ixtisasları üzrə bakalavr dərəcəsi tələb olunur. 

Dil bilikləri: Azərbaycan dili: əla, Rus dili: orta, İngilis dili: əla      

Üstünlüklər: Rəqəmsal transformasiya və ERP sistemlərin inteqrasiyası üzrə təcrübə; Agile və ya dizayn thinking üzrə təcrübəyə və biliklərə sahib olmaq.

Kompüter bilikləri: MS Office: əla

Fərdi keyfiyyət tələbləri: Nəticəyə əsaslanma, müştəri yönümlülük, inam yaratma, komanda işi, əməkdaşlıq və planlaşdırma

İmtiyazlar:

Könüllü tibbi sığorta: 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası.

*Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

İşəgötürənin reytinqi