Baş Satış Təmsilçisi

  • Azersun Holding
  • Elanın qoyulma tarixi: 06.09.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Tələblər:

  • Ali təhsilli olmalı;
  • Komandada işləmək bacarığı olmalı;
  • İngilis və Rus dili biliyi yüksək səviyyədə olmalı, (Fars dili biliyi isə üstünlükdür);
  • Satış və ya müştəri xidmətləri sahəsi üzrə 1-2 il iş təcrübəsi olmalı;
  • Müştərilərə diqqətli və səbrli davranış sərgiləməli;
  • Aktiv və ünsiyyətcil olub mükəmməl təqdimat bacarığı olmalı.
  • MS Office proqramlarını yaxşı səviyyədə bilməli; 

İş haqqında məlumat: 

  • Mövcud bazarı yaxşı analiz edib bazar ehtiyaclarını öyrənmək.
  • Müştəri təlabatının nə yerdə olduğu, hansı sektorlarda boşluqların olduğunu, nə ölçüdə məhsul gərəkdiyini analiz etmək.
  • Sosial media araşdırmaları etmək.
  • Daşınmaz əmlak layihələri üzrə işləri izləyərək, təqdimatlar hazırlamak.
  • Satışı analiz edərək müdiriyyətə təkliflər vermək.
  • Rəhbərliyə görülmüş işlər barədə həftəlik və aylıq hesabatlar təqdim etmək.
  • Daşınmaz əmlak bazarında həyata keçirilən kampaniyalarla bağlı müştəriləri məlumatlandırmak.
  • Müxtəlif tədbirlərdə və sərgilərdə şirkəti təmsil etmək;
  • Marketinq planında qeyd olunduğu kimi bazar sahələri ilə bağlı bütün satış fəaliyyət planlarını həyata keçirmək;
  • Gələcək qruplar və tədbirlər təmin etmək üçün mövcud və yeni müştərilərlə əlaqələrin qurulması və gücləndirilməsi. Bu istiqamətdə satış zəngləri, görüşlər və müvafiq tədbirlər keçirmək.
  • Gələcək müştərilər üçün tədbir məkanını, yemək və iaşə xidmətlərini və əyləncə obyektlərini (Otel, Qolf Klubu, SPA, Trampoline) vurğulayan satış təqdimatları və müxtəlif əlavə materialların yaradılması;
  • Satış komandası ilə birgə cədvəllərin və mühüm sənədlərin yaradılması, qaydada saxlanılması və mütamadi olaraq yenilənməsi.

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.
Email-in mövzu hissəsində “Baş Satış Təmsilçisi” qeyd etməyiniz xahiş olunur.
 
İş yeri: Dreamland (Bakı şəhəri)
 
Azərsun Holdinq MMC
1991-ci ildə Azərbaycanda fəaliyyətə başlayan "Azersun Holding" MMC qida istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən, ölkənin qabaqcıl şirkətidir.

İşəgötürənin reytinqi