Kiçik korporativ satış mütəxəssisi

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Müştərilərin istək və ehtiyaclarını ünsiyyət əsasında müəyyən etmək
  • Potensial alıcıları hazır müştəri vəziyyətinə gətirmək üçün lazımi səy göstərmək
  • Mövcud müştərilər ilə əlaqələri gücləndirmək, yeni müştərilər qazanmaq
  • İşgüzar yazışmaların həyata keçirilməsi və korporativ danışıqların aparılması
  • Rəsmi və ya korporativ sorğuları e-mail vasitəsilə cavablamaq
  • Müştərilərə mallar haqqında ətraflı və doğru məlumat vermək
  • Zavodda və ya müştəri ofisində korporativ satış məqsədli görüşlərdə iştirak etmək
  • Qiymət təklifinin hazırlanması üçün sorğunu digər satış mütəxəssisinə yönləndirmək
  • Sifarişə əsasən Stokdan malın satışa hazırlanmasını təmin etmək, əgər mal stokda yoxdursa istehsal rəhbərinə sorğu keçmək
  • Sifariş əsasında malların anbardan çıxarılmasını, daşınmasını və çatdırılmasını təmin etmək
  • Təhvil verilən malın ödənişinin olub-olmamasını mühasibatlıqla dəqiqləşdirmək
  • Müştəri sifarişinə əsasən təhvil verilməli malın təhvil tarixini istehsal rəhbəri ilə dəqiqləşdirmək
  • Malların təslimi və ödəmələr zamanı ortaya çıxan problemləri həll etmək
  • Satışdan sonra prossesləri izləyərək müştəriyə olunan xidməti nəzarətdə saxlamaq
  • Saytdan, sosial şəbəkədən gələn zənglərin cavablandırılması
  • Müştəri ehtiyacını araşdırıb istəklərinə uyğun təklif vermək
  • Satış rəhbəri ilə məsləhətləşərək soyuq satış zəngləri edərək görüş almağa çalışmaq
  • Təhvil-təslim aktlarını müştəriyə və mühasibatlıqa vermək
  • Müştəriyə göndəriləcək malların düzgünlüyünü, etiketlərini, miqdarını və s. yoxlamaq
  • Müştəri istəyinə əsasən malın hansı tipdə nəqliyyatla daşınmasını dəqiqləşdirmək
  • Müştərilərin borcunun çoxalmamasına nəzarət etmək
  • Xüsusi hallarda tələb az olan və ya istehsalı çətin olan malları istehsalının mümkünlüyünü laboratoriya ilə dəqiqləşdirmək
  • Aylıq və illik hesabatların hazırlayaraq rəhbərliyə təqdim etmək.
  • Rəhbər tərəfindən sahə üzrə tapşırılan digər işləri görmək

Təhsil tələbləri:

  • Bakalavr

Staja dair tələb:

  • Ən azı 1 il (tikinti və energetika mallarının satışı sahəsində çalışmaq üstünlükdür)

İxtisas səriştələri:

  • Effektiv ünsiyyət
  • Satış bilikləri
  • Təqdimetmə 
  • Operativlik
  • Dəqiqlik

Kompüter biliklərinə dair tələblər:

  • MS Office
  • Outlook
  • 1 C

Dil bilikləri:

  • Azərbaycan və Rus dili üstün səviyyədə olmalı. İngilis dili isə arzuolunandir.

İş şərtləri: 

  • 5 günlük iş qrafiki/saat 08:00-dan 17:00-a qədər
  • Əmək haqqı: fiks 525 AZN + rüblük bonus
  • İş yeri Abşeron rayonu Qobu qəsəbəsi ərazisində yerləşir.
  • Nahar və Servis Şirkət tərəfindən təmin olunur 

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini [email protected] elektron ünvanına mövzu yerinə Kiçik korporativ satış mütəxəssisi yazaraq göndərmələri xahiş olunur.
Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.