Layihə koordinatoru

  • GESCO ASC
  • Elanın qoyulma tarixi: 04.09.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Namizədə qoyulan tələblər:Yalnız bəylər üçün!!

  • Təhsil: Ali;
  • Müvafiq sahədə iş təcrübəsi 2 ildən yuxarı;
  • Dil bilikləri: Azərbaycan dilində səlis danışıq qabiliyyəti, rus və ingilis dili yaxşı səviyyədə bilməli;
  • Operativ, məsuliyyətli və işə planlı yanaşmaq;
  • Kompüter və ofis proqramlarından istifadə etmə bacarığı;
  • Yüksək danışıq qabiliyyəti, fikrini aydın izah etmə bacarığı;

Vəzifə öhdəlikləri:
Mühafizənin təşkilini aparabilmə qabiliyyəti və bacarığı olmalı;

  • Təsdiq olunmuş plan əsasında lahiyələrdə mühafizə xidmətinin təşkilini yoxlamaq və aşkar olunmuş nöqsanlarla bağlı tədbirlər görmək;
  • Layihələrin idarə olunması məqsədilə müvafiq görüşlər keçirmək;
  • Layihələrdə riskləri müəyyən edərək, aradan qaldırmaq;
  • Xidməti keyfiyyətin artırılması üzrə təkliflər hazırlamaq və rəhbərliyə təqdim etmək;
  • Layihələrin effektiv idarə olunması üçün müvafiq planlar hazırlamaq və onların icra edilməsi istiqamətində zəruri tədbirlər görmək;
  • Funksional fəaliyyətinin həyata keçirilməsi ilə bağlı aidiyyəti struktur bölmələrlə qarşılıqlı əlaqələr qurmaq;
  • Xidmət rəislərinin fəaliyyətinə nəzarət etmək, onlara xidmətin təşkili üzrə istiqamət vermək və əməli köməklik göstərmək;
  • Zəruri hallarda fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə rəhbərliyə müvafiq təkliflər vermək;
  • Kurasiyasında olan layihələrin xidmət rəisləri, xidmət rəislərinin müavinləri və növbə rəislərinin şəxsi və işgüzar keyfiyyətlərini mütəmadi öyrənmək və onlarla bağlı təkliflər vermək;
  • Kurasiyasında olan layihələrdəki əməliyyat şəraitini öyrənmək;
  • Kurasiyasında olan layihələrdə ay ərzində bir dəfədən az olmayaraq xidmətin təşkili vəziyyətini təhlil edərək, mövcud nöqsan və çatışmazlıqların aradan qaldırılması üzrə tədbirlər görmək;
  • Rəhbərliyin tapşırıqlarının icrası ilə əlaqədar, qanunvericiliklə qadağan olunmayan digər işləri yerinə yetirmək.