İşin təsviri
Vəzifə öhdəlikləri:
- İnzibati xəta və cinayət hadisələri nəticəsində şirkətə dəymiş zərərin ödənilməsi və əməli törətmiş şəxs(lər)in müəyyən edilməsi istiqamətində işlərin görülməsi, aidiyyəti hüquq mühafizə orqanlarına və məhkəmələrə müraciətlərin edilməsi, belə müraciətlərin icrasının təqib edilməsi;
- Hüquq mühafizə orqanları ilə sıx prosessual əməkdaşlığın qurulması;
- Zəruri sübutlatın toplanması və aidiyyəti üzrə təqdim edilməsi;
- Struktur və bölmələrin iş fəaliyyətində ortaya çıxan inzibati hüquq xarakterli məsələlərin qanunvercilik çərçivəsində həll edilməsinə dəstək verilməsi;
- Aidiyyəti məsələlərə dair hüquqi rəylərin hazırlanması;
- Vəzifə öhdəliklərinə aid olan digər vəzifələrin icra edilməsi.
Tələblər:
- Ali hüquq təhsili (bakalavr);
- Səlis Azərbaycan dili biliyi, xarici (rus və ya ingilis) dil biliyi üstünlükdür;
- Cinayət hüqüqu sahəsində minimum 3 il iş təcrübəsi;
- İnzibati xəta və cinayət hüququ sahəsində dərin nəzəri və praktiki biliklər;
- Məsuliyyətlilik, ünsiyyətçilik, inkişafa meyillilik, təşəbbüskarlılıq.
İş şəraiti:
- İş günləri: I-V günlər;
- İş saatı: 09:00-18:00.
Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdakı linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.