İşin təsviri
- Müəssisə: KÜRDƏMİR SÜD EM. ZAV. MMC
- Aqronom ( Hacıqabul )
Tələblər:
- Ali təhsil
- Müvafiq sahədə minumum 1-3 il təcrübəsi olmalı;
- Qərarvermə qabiliyyəti və məsuliyyətli olmalı.
İş haqqında:
- Növbəli əkin sistemi tətbiq etmək, əkindən öncə seçilən torpağın hər hektarına düşən məhsuldarlıq normasını müəyyən etmək, kənd təsərrüfatı bitkilərinin məhsuldarlığını yüksəltmək, torpağın münbitliyini artırmaq üçün lazımi tədbirlər görmək;
- Aqro-texniki tədbirləri həyata keçirmək, alaq otlarının təmizlənməsi, suvarma işlərinin təmini və su itkisinin azaltmaq;
- Torpağın kimyəvi analizi, bitkinin inkişaf fazasına uygun yemləmə rasionlarını (gübrələmə, mineralların verilməsi vs.) müəyyən etmək;
- Kənd Təsərrüfatı sahəsində olan zərərverici həşəratlara və alaqlara qarşı kimyəvi maddələrdən (funqusit, inseksit və herbisitlər) istifadə etmək;
- Bitkinin bioloji yetişkənlik dövrünü müəyyən etmək, xəstəlik və zərər vericilərə qarşı kimyəvi və mexaniki mübarizə tədbirləri görmək;
- Kənd təsərrüfatına yararlı sahələrdən, işçi qüvvəsindən və texnikadan səmərəli istifadə üçün müəyyən əməyin düzgün təşkili, iş normalarını yerinə yetirmək;
- Toxum çeşitləri haqqında məlumatlı olmaq, torpaq və hava temperaturuna uygun olaraq toxum çeşidi və səpin müddətini müəyyən etmək;
- Bitkinin veqetativ inkişafına uygun kultivasiya (bəsləmə) ve yemləmə təyini qaydalarına əməl etmək
- Torpağın vaxtında əkinə hazırlanması, məhsulun becərilməsi və yığılmasını təmin etmək.
İş şərtləri:
- Həftə içi 5 gün, 09:00-18:00
İş yeri:
Tələblərə cavab verdiyiniz təqdirdə, CV-nizi [email protected] elektron poçt ünvanına emaili-in mövzu yerinə "Aqronom ( Hacıqabul) " yazaraq göndərə bilər və ya hr.azersun.com ünvanından qeydiyyatdan keçib müraciət edə bilərsiniz.
Azərsun Holdinq MMC
- 1991-ci ildə Azərbaycanda fəaliyyətə başlayan "Azersun Holding" MMC qida istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən, ölkənin qabaqcıl şirkətidir.