Qaldırıcı səbət operatoru və Çəngəlli yükləyici operatoru

  • Company
  • Elanın qoyulma tarixi: 16.08.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

 

İş barədə məlumat

  • Əmək haqqı - 700 azn
  • İş qrafiki: 5 gün, 08:00-dan 17:00-dək 
  • Təhkim edilmiş avadanlıqları texniki cəhətdən saz vəziyyətdə saxlanılması
  • İş qrafikindən əlavə iş saatları qanunvericiliyə uyğun olaraq maaşa əlavə hesablanır 
  • Xüsusi mühafizə vasitələri, nahar və nəqliyyat müəssisə tərəfindən təmin edilir
  • Sığorta Təminatları var

Vəzifə öhdəlikləri: 

  • Yükqaldırma  və yükboşaltma əməliyyatlarında, sahədə və ya digər xüsusi ayrılmış yerlərdə işləmək;
  • Avadanlığı  sahədə iş üçün  təyin  olunmuş yükqaldırma normalarına, işin təhlükəsizlik sisteminə və sürət məhdudiyyətlərinə və iş təhlükəsizlik normalarına  uyğun  olaraq idarə etmək;
  • Bölmə rəhbərinin tapşırıqlarını yerinə yetirmək və verilmiş bütün tapşırıqların öhdəsindən vaxtında gəlmək;
  • İstifadədən öncə texnikaya vizual texniki baxış keçirmək;
  • Qaldırıcı və əyilmə mexanizimlərin işini yoxlamaq;
  • Yalnız texniki təhlükəsizlik qaydalarına uyğun olan texnikanı işlətmək;
  • Bütün nasazlıqlar haqqında rəhbərliyə məlumat vermək;
  • Texnikanı təmiz və işlək vəziyyətdə saxlamaq;

Namizədə tələblər:

  • Müvafiq texnikanı idarə etmək üçün sürücülük vəsiqəsi
  • Bu sahədə ən azı 3-5 il iş təcrübə
  • Təhlükəsizlik qaydalarını bilmək
  • Avadanlığın  başlıca mexaniki problemlərinin müəyyənləşdirilməsi üzrə bacarıqlar
  • Məsuliyyətli, kollektivdə işləmək və yüksək səviyyədə ünsiyyət bacarığı.

Ünvan:  Bakı şəhəri, Qaradağ rayonu.

Maraqlanan namizədlər [email protected] e-mail ünvanına CV göndərə bilərlər. CV göndərən şəxslər mövzu yerində mütləq müraciət edilən vəzifənin adını göstərməlidirlər.

 

Company tərəfindən digər vakansiyalar