Gömrük mütəxəssisi

  • Almet Holding
  • Elanın qoyulma tarixi: 15.08.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İşin təsviri

  • Komandamıza Gömrük əməliyyatlarını təşkil etmək və koordinasiya etmək üçün Gömrük mütəxəssisi axtarışındayıq. Təcrübəsinə və bacarığına güvənən namizədləri aramızda görməkdən məmnunluq duyarıq.

Vəzifə öhdəlikləri:

  • Şirkətin gömrükdən keçən vaqonlarının boşaldılmasını icra etmək;
  • İxrac olunan mal-materialın icrasının düzgün şəkildə həyta keçirmək;
  • Şirkət tərəfindən ödənilməsi nəzərdə tutulmuş gömrük ödənişlərini koorperativ kart vasitəsi ilə yerinə yetirmək;
  • Şirkətin gömrüklə bağlı sənədləşmə işlərini yerinə yetirmək, habelə, təhvil veriləcək sənədləri tam və vaxtında gömrük orqanına təqdim etmək;
  • Gömrüklə bağlı yaranmış problemləri müstəqil şəkildə araşdırmaq və onları aradan qaldırmaq;
  • Yaranmış problem və ya boşluq və onun həll edilməsi ilə bağlı Şirkət rəhbərliyinə məlumat vermək.

Tələblər:

  • Bakalavr dərəcəsi və ya ekvivalent təcrübə. (Bəyannaməçinin İxtisas Attestatı olması üstünlükdür)
  • Əla yazı və danışıq azərbaycan dili, orta səviyyə ingilis və  rus dili biliyi üstünlükdür.
  • Yaxşı səviyyədə MS Office biliyi.
  • Mükəmməl analitik və problem həll etmə bacarıqları, potensial riskləri müəyyən etmək və azaltmaq bacarığı.

Şirkət nə təklif edir:

  • Rəqabətə davamlı əmək haqqı və müavinətlər paketi təklif edirik.
  • Xarici ölkələrdə nümayəndəlikləri olan yerli şirkətdə iş təcrübəsi.
  • Şəxsi və peşəkar inkişaf imkanları.
  • Dinamik və böyüməkdə olan şirkətdə işləmək imkanı.
  • Digər üstünlüklər (sınaq müddətindən sonra fitness təminatı, özəl tibbi sığorta, korporativ mobil nömrə və s.).

Maraqlanan namizədlərdən mövzu yerində vəzifə adını qeyd etməklə öz CV-lərini [email protected] ünvanına göndərmələri xahiş olunur.

  • İş yeri Azərbaycan, Bakı şəhəridir.